SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə81/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   77   78   79   80   81   82   83   84   ...   260

NİCAT YOLLARI


Hinduizm ayini əbədi səadətə, son məqsədə nail olmaq üçün üç yolu nicat yolu kimi təqdim etmişdir ki, onların hər üçü bu ayinin ardıcılları arasında mö’təbər və məqbul sayılır. Bu üç yol aşağıdakılardır: əməllər, elm və ixlas yolu.

1. Əməllər yolu: Bu ən ümumi yol olub xalq kütlələri üçün başa düşülən və praktikdir. Bu yolda hindus olan şəxs nicat mənzilinə çatmaq üçün dini əməlləri, adət və ibadətləri öz yolunun şüarına çevirir. Bu yolda fəlsəfi, əqli məsələlərə daha az diqqət yetirilir, “Mano qanunlarında” və hindus şəriət mətnlərində təklif olunan ibadət və dini rituallar qurtuluşa zəmin hazırlayır ki, ruh bu vasitə ilə müsbət və layiqli karmadan –səadətdən bəhrələnir. Qurbanlıq mərasimini yerinə yetirmək, mə’bədə, mə’budların hüzuruna, yaxud əcdadların ruhlarına hədiyyələr vermək, günəşə, oda sitayiş, hörmətlə yanaşmaq üçün aqni-hutra ritualını icra etmək, bir sözlə bu dinin öz ardıcılları üçün nəzərdə tutmuş olduğu bütün saleh əməl və ibadətlər ixlas, dönməz e`tiqad və inamla yerinə yetirilərsə hindusun nicat tapmasına, ruhunun ölümdən sonra göylərdən birinə yüksəlməsinə səbəb olacaqdır. Bu ruhun yenidən brahmanın (hindus ruhani) müqəddəs vücudunda zühur edərək, onun brahmaya (mütləq ilahiləşməyə) gedən yolunu daha da asanlaşdırması mümkündür.

Hindus şəriətində dini əməllərin bir qismi kişilər üçün nəzərdə tutulmuşdur və yuxarıda onlardan bəhs olundu. Bu təkliflərin bir qismi də qadınlara aiddir ki, yalnız onları yerinə yetirdikləri təqdirdə onların üzlərinə qurtuluş qapısı açılacaqdır. Bu ayində qadın tam itaət və təvazökarlıqla ərinin quluğunda durmalıdır. Bu qulluq göstərməkdə o dərəcədə ifrata varmışdır ki, “Mano qanunları” kitabında deyilir: - Vəfalı qadın öz ərinə allah kimi pərəstiş etməlidir. Onun ölümündən sonra isə artıq başqası ilə ailə qurmağa haqqı yoxdur.




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin