SeyiD ƏHMƏd mahmudi /j


“ - Ey mənim qardaşlarım! Allah-Təala barədə düşünmək yeganə dini ayin və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə100/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   96   97   98   99   100   101   102   103   ...   200
Dinlərlə tanışlıq

“ - Ey mənim qardaşlarım! Allah-Təala barədə düşünmək yeganə dini ayin və 
ritualdır .” 
Başqa yerdə deyir: 
“ - Hamının ən böyük vəzifəsi tək Allahın adını təkrarlamaqdır”, “ - Çox pak 
olan Ram adını (hindus mə'budlarından biri) yadında saxla və qalan hər bir 
şeydən əl çək”, “ - O müqəddəs adı təkrar et, onu eşit və onunla ünsiyyətdə ol. Öz 
diqqətini Allaha yönəlt və hər nəfəs çəkəndə və nəfəs verəndə onun adını təkrarla 
ki, sənin ruhun Allah nuruna cəzb olunsun.” 
Əlbəttə, siqh dininin göstərişlərində Allahı zikr etməkdən əlavə, quruya xüsusi 
ehtiram, diqqət yetirmək də tövsiyə və tə'kid olunmuşdur. Bu ayində heç bir şəxs 
qurunun yol göstərməsi olmadan nicat və qurtuluşa çata bilməz. Nanak bu məsələni 
belə bəyan edir: 
“ - Həqiqi bir quru olmadan siz nicat yolunu tapmayacaqsınız”, “ - Quru 
olmadan heç kəs Allaha çatmayacaq.” 
Buna görə də quruya qarşı səmimilik və ehtiram siqh ayininin əxlaq normalarından 
biri kimi qəbul olunmuşdur. Siqh cəmiyyətini silahla müdafiə edən və onun 
genişlənməsi üçün mübarizə aparan Sinqat, yaxud xalis quruluş da sonradan 
yaranmasına baxmayaraq, quruya ehtirama əsaslanan təfəkkür üzərində 
qurulmuşdur. Çünki bu quruluşun əsasını quruya qarşı ən yüksək ixlas mərtəbəsini 
sübuta yetirmiş şagirdlərin xalis fərd kimi tərbiyələndirilməsi təşkil edir. 
5. QRANT 
Siqhlərin əsas və müqəddəs kitabı Adi-Qrant, yaxud ilkin kitab adlanır. Bu kitab 
siqh ayininin dini nəğmə və şe'rlərini əhatə edən böyük bir topludur. Bu 1400 
səhifəlik kitabın birinci bölməsi quru Nanakın şe'rlərindən ibarətdir və ona Capci 
deyirlər. Siqhlər hər gün sübh çağı, gün çıxan zaman onu oxuyurlar. Kitabda olan 
bə'zi nəğmələri gün batan zaman oxuyurlar. Siqhlər cəmiyyətində 10 “quru”nun 
təsnif toplusundan ibarət kitab da var. Həmin kitabda siqh ayininin ideya və 
e'tiqadları izah olunaraq təkmilləşdirilir. 


140 
Qeyd olunmalıdır ki, quru Qovind Sinqh dövründən sonra (siqhlərin sonuncu 
qurusu) siqhlər tərəfindən Qranta ehtiram qoyulması və müqəddəsləşdirilməsi 
“quru”lara olan ehtiramın yerini tutmuşdur. Hətta Qrant siqhlərin mə'bədlərində 
xüsusi yerlərdə saxlanılır və siqhlər mə'bədə daxil olarkən onların qarşısında əyilib 
tə'zim edirlər. Nigah mərasimlərində bu kitabın ətrafına dolanmaq siqh dini adət-
ən'ənələrinin bir hissəsi sayılır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin