göylərə yüksəlmişdir. Gizlin mələk və ya ana mələk də belə etmiş və əbədi həyata
nail olmuşdur.”
Keçən dərsdə və bu dərsin əvvəlində öyrəndiyimiz kimi, bu məqsədə çatmağın
yolu fəaliyyətsizlik, ruhi məşğələlər, meditasiya və bir sıra əxlaqi göstərişlərə riayət
etməkdən keçir. Bir sözlə Taoizmin baniləri bir sıra mə'nəvi üsullar toplusunu
nəzərdə tutmuşlar. Amma sonrakı dövrlərdə bu ayinin rəhbərləri və onun
ardıcıllarının böyük bir hissəsi maddi amillərdən istifadə edərək uzunömürlülük,
əbədi qalmaq, bədənin çürüyüb aradan getməsinin qarşısını almaq üçün yollar
axtarırdılar. Çuvanq-tzonun əsrindən sonrakı dövrlərdə Taonun zatına qovuşa bilmiş
və əbədilik qazanmış filosofların adlarına rast gəlinir. Bu filosoflardan biri də ahıl
yaşlarında bir uşaq qədər təravətli olmuş Oyodur. Bu da onun Taoya qovuşma
nəticəsində mümkün olmuşdur. O, bu vasitə ilə zaman və məkanın buxovlarından
azad olmuşdu.
Belə söhbətlərin yayılması sadə xalq kütlələrinin müxtəlif təbii ünsürlər və amillər
arasında elə maddələr axtarmalarına səbəb oldu ki, onu istifadə etməklə
uzunömürlülüyə və əbədiliyə nail olmaq mümkün olsun. Bu prosesdə falçı və
cadugərlər meydana gəldilər ki, camaatı əbədi həyat maddəsi tapmaq adı ilə
aldatmaqla onlardan faydalansınlar.
Bu barədə taoizmin əsərlərindən hesab olunan “Tzeanteonqçei” kitabını qeyd
etmək olar. Bu kitabda şərh edilən kimyagər əməlləri və reaksiyalar vasitəsilə
uzunömürlülük dərmanını, yaxud əbədilik iksirini tapmağın yolunun tə 'liminə
çalışılır. Kitabın bə'zi yerlərində belə qeydlərə rast gəlirik:
“ - Qurğuşun, civə və
Dostları ilə paylaş: