150
Amma hər yerdə ona mənfi cavab verilirdi. Qəbul edilməməsinin səbəbi onun qəbul
etdiyi və əxlaqi me'yarlara riayətə əsaslanan idarəçilik və hakimiyyət prinsipinin
hökmranların xoşuna gəlməməsi idi. Hətta Kuvanq şəhərində şübhəli bilinərək bir
müddət həbsdə saxlanılır. Nəhayət miladdan əvvəl 484-cü
ildə Lo hökumətində
böyük rütbə sahibi olan şagirdi hörmətlə ondan doğma vətəninə qayıtmasını istəyir.
Bu zaman Konfusion 60 yaşına çatmışdı. Buna görə də hər bir vəzifə və mənsəbdən
imtina edir və ömrünün miladdan əvvəl 479-cu ilə
qədər qalan hissəsini öz
fəlsəfəsinin əxlaq və ideoloji əsaslarını toplayıb kitab halına salır.
KONFUSİON AYİNİNİN ƏSAS MƏNBƏLƏRİ
Konfusionun ömrünün axırlarında yazıb topladığı başlıca əsərləri beş kitabdan
ibarətdir və onlar bu ayinin əsas mənbələrindən hesab olunur.
Bu beş kitab
aşağıdakılardır:
Dostları ilə paylaş: