SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə124/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   120   121   122   123   124   125   126   127   ...   200
Dinlərlə tanışlıq

OTUZUNCU DƏRS 
ZƏRDÜŞTİLİK (1) 
MÜQƏDDİMƏ 
Zərdüştilik qədim iranlıların dini olmuşdur və islamdan qabaqkı dövrə qədər İran 
xalqları bu dinə e'tiqad bəsləmişlər. Tarixi məlumatlardan aydın olur ki, zərdüştilik 
eynilə məcus dini kimidir ki, Qur'ani-kərimdə ilahi dinlərdən biri kimi onun da adı 
sair dinlərlə yanaşı qeyd olunmuşdur. Qur'ani-Kərimdə buyurulur: 
«Həqiqətən, Allah mö'minlər, yəhudilər, sabiilər, məsihilər və müşriklər 
arasında qiyamət günü hökm edəcəkdir. Həqiqətən Allah hər bir şeyə 
şahiddir». 
Bu ayədən məlum olur ki, məcus dini ilk əvvəllər tövhid əsasında olmuşdur; 
çünki burada o, təkallahlı dinlərlə yanaşı gətirilmiş, müşriklər isə “və” bağlayıcısı 
vasitəsilə onlardan ayrılmışdır. 
Məcus dininin tövhid əsasında olmasını nəzərə alaraq, onu da ilahi dinlərlə bir 
sırada araşdırırıq. Diqqət yetirmək lazımdır ki, islam fəqihlərinin əksəriyyəti 
zərdüştləri kitab əhli hesab edərək, onları da rəsmi olaraq təkallahlı kimi tanımışlar. 
ZƏRDÜŞTİLİYİN TARİXÇƏSİ 
Zərdüştün zühurundan və zərdüştiliyin, yaxud Məzdai ayininin tə'sis 
olunmasından qabaq, iranlılar bir neçə allaha inanırdılar. Yə'ni, allahların allahı, 
yaxud Yəzdaların Yəzdasının əmri altında olan mə'budlara sitayiş edirdilər. Bu 
dininin Hindistanın ariyailər əqidəsi ilə çox oxşarlığı və yaxınlığı vardır. Çünki, 
ariyailərin ən məşhur mə'budları olan od allahı Agini, təbiət allahı İndira, nur və 
günəş allahı Mitra, keşikçi allahı Varvina, su allahı Anatita olmuşdur; Agini ilə razi-
niyaz edib ona pərəstiş etmə mərasimi onların arasında çox geniş yayılmışdır və 
həmin dövrlərdən e'tibarən od, Agininin təcəlli və zühur əlaməti olaraq, xüsusi 
hörmət və müqəddəsliyə layiq görülmüşdür. 
Qeyd etmək lazımdır ki, qədim İranda iki din mövcud olmuşdur ki, onlar da öz 
növbəsində zərdüştilik ayininin formalaşmasında güclü tə'sirə malik olmuşlar. Başqa 
sözlə desək, zərdüştilik aşağıdakı iki din əsasında formalaşmışdır: 
1. Muğan dini; 
2. Mehrpərəstlik, yaxud Mitraizim. 


163 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin