SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə137/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   133   134   135   136   137   138   139   140   ...   200
Dinlərlə tanışlıq

6. Ölülərin dəfn mərasimi: 
Vendidadın çox hissəsi ölülərlə əlaqədar hökmlərə məxsusdur və bunun da səbəbi 
budur ki, zərdüştilik nəzərindən ölü çox çirkin bir varlıq hesab olunur. Buna görə də 
onun torpaqda dəfn edilməsi qadağan və haramdır. Çünki onların nəzərində torpaq 
pak və müqəddəs bir ünsürdür və buna görə də ölünü torpaqda dəfn edən bir şəxs 
üçün ağır cəza tədbirləri nəzərə alınmışdır. Bə'zi şəraitlərdə onun barəsində ölüm 
hökmü də verilir. Bu e'tiqad əsasında zərdüştlər öz ölülərini müəyyən mərasimdən 
sonra daxmada, yaxud “Bürcü xamuşan”da qoyurlar ki, qurd-quşlara yem olsunlar. 
Ölülərin sümükləri günəşin altında quruduqdan sonra həmin daxmanın axır 
hissəsində qazılmış quyuya tökülür. Amma son yarım əsirdə zərdüştlər dəfn 
üslubunu başqa bir şəkildə həyata keçirirlər. Bu məqsədlə əvvəlcə ölünün gözlərini 
bağlayır, əllərini sinəsinə qoyur, ayaqlarını da dizlərinə qədər büküb təmiz bir otaqda 
daşla döşənmiş yerin üzərində, yaxud dəmir bir taxtın üzərində uzadırlar. Sonra isə 
sayı adətən iki, dörd, yaxud altı nəfərdən ibarət olan pişqahnam (ölü çəkənlər) 
vasitəsi ilə dəmir bir tabuta qoyularaq dəfn olunacaq yerə aparılır. Orada pakşuların 
(ölüyuyanların) vasitəsilə təhvil alınıb qüsl-kəfən edilir, koşti bağlandıqdan sonra 
dəmir taxtın üzərinə qoyulur və ağ bir parça ilə üzləri örtülür. Daha sonra 
namazxanaya aparılır ki, orada mubədlər qasaları oxumağa başlasınlar. Bu işin 
axırında ölünü həmin dəmir taxtla birlikdə qəbirin içinə qoyurlar ki, torpağa 
toxunmasın. Daha sonra qəbirin üstünü daş və betonla örtürlər. 


181 
Bu dərsdə qeyd olunanlar zərdüştlərin dini ayinlərindən bəzi nümunələr idi; 
onların dini hökmlərinin hamısı bu kitabın bəhslərinə sığışmaz və bu barədə yazılmış 
müfəssəl kitablara, xüsusilə Vendidada müraciət etmək olar. 
SUAL VƏ TAPŞIRIQLAR 
1. Atəşgah necə bir məkandır? 
2. Mubədlərin vəzifəsi nədir? 
3. Sidrə geymək və koşti bağlamaq mərasimini izah edin. 
4. Qədim zərdüştlər ölülərlə necə rəftar edirdilər? 
Atəşin müqəddəsləşdirilməsi mərasimini izah edin.


182 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin