183
Məsxiyyə adlanmışdır ki, ona əqidə bəsləmək, Ahura Məzdanın Əhrimən üçün
mənşə olması, zülmətin və pisliklərin əsil ünvanı ilə tanınan Əhrimənin mütləq xeyir
və yaxşılıqdan ibarət olan Ahura da məsx olmasını tələb edirdi.
3. Zərvaniyyə:
Zərvan sonsuz zaman və məkan mə'nasındadır. Zərvaniyyə firqəsi inanır ki,
Zərvan əsildir; Ahura Məzda və Əhrimənin xaliqidir. Zərvandan bir xeyir allahı və
bir də şər div yaranmışdır ki, birincisi Orməzd, yaxud Ahura Məzda, ikincisi isə
Əhrimən adlanmışdır. Zərvaniyyənin nəzəriyyəsinə uyğun olaraq, Ahura Məzda
zərdüştlərin yeganə allahı olmaqla, Zərvan adlı başqa bir allahın da məxluqudur.
2. YENİ DİNLƏR
Zərdüşt dininin qarşılaşdığı digər bir cərəyan da iki yeni e'tiqadi cərəyanın
formalaşması idi ki, Məzdai dininə artırılan inhiraf və təhriflər əsasında yaranmışdır.
Bu iki ayin aşağıdakılardır:
Manvi və Məzdəki ayini.
Bundan əlavə, zərdüştilik digər bir real gerçəkliklə də qarşılaşdı və bu da məsihilik
və islam kimi yeni səmavi dinlərin zühur etməsi idi.
1. Manvi ayini:
Mani üçüncü miladi əsrinin əvvəllərində özünü axırıncı peyğəmbər, öz dinini isə
dinlər arasında ən kamil bir din kimi təqdim etdi. O, zərdüştiliyin əqidəvi əsaslarını,
xüsusilə zərvaniyyə firqəsinin təlimlərini məsihiliyin, budaizmin, hinduizmin əqidə
üsullarına və eləcə də işraqi fəlsəfəsinə qatmaqla, bundan əlavə, onlara bə'zi şəxsi
nəzərlərini artırmaqla Manvi ayininin əsasını qoydu. Onun dini kitabı Orjanək
adlanırdı. Mani mahir bir rəssam olduğuna görə öz müqəddəs kitabını çoxlu rəsm
əsərləri ilə bəzədi; bu kitab həqiqətdə rəsm əsərləri ilə illüstrasiya olunmuş yeganə
müqəddəs kitab sayılırdı.
Öz ayinində zərvaniyyənin ikilik əqidəsinə yer verən Manvi firqəsi sür'ətlə yayılıb
genişləndi və zərdüştliyin əhatə etdiyi sahələrin çoxuna hakim kəsildi. Amma İslam
dini zahir olduqdan sonra müsəlmanlar manviləri təkallahlı və kitab əhli hesab
etmədiyinə görə, onlar azlıq təşkil edən dini bir qurum kimi islam cəmiyyətində öz
həyatlarını davam etdirə bilməyib, tədricən aradan getdilər.
Dostları ilə paylaş: