SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə153/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   149   150   151   152   153   154   155   156   ...   200
Dinlərlə tanışlıq

ŞƏRİƏT HÖKMLƏRİ 
Sair şəriətlərdə olduğu kimi, yəhudi şəriətində də müxtəlif şər'i hökmlər vardır ki, 
onlardan bə'zilərini nümunə olaraq qeyd edirik: 
Əgər bir kəs başqa mə'budlara ibadət etsə, onu daşqalaq etmək lazımdır; 


205 
Əgər bir kəs Yəhüvənin adına küfr etsə (küframiz bir söz desə,) onu daşqalaq 
etmək lazımdır; 
Hər kəs Yəhüvədən başqası üçün qurbanlıq etsə, əlbəttə həlak olacaqdır; 
Öz ata-anasına nifrin edən bir şəxs öldürülməlidir; 
Ata-anasının öyüd-nəsihətlərinə qulaq asmayan, israfçılıq edən və şərab içən övlad 
daşqalaq olunmalıdır; 
Ana, bacı, övlad və digər məhrəmlərlə izdivac etmək haramdır və bunun cəzası 
qətldir; 
Livat edən kişi və livat verən kişi, zina edən kişi və qadın öldürülməlidir; 
Hər kəs şənbə günü işləsə, öldürülməlidir; 
Yəhudilər ilin müəyyən günlərində oruc tuturlar: Təşrin ayının 9-cu və 10-cu kipur 
günü 25 saat ərzində, purin günü, kədliya günü, təşrinin 3-cü günü, əqidiya günü, 
təşrinin 5-ci günü, sidqiya günü, həsvan ayının 6-cı günü, yəhuyaqim günü, kilyu 
ayının 20-si telmiya günü, təbisit ayının 8-i fitnə günü və şəft ayının 12-ci əzad günü. 
YƏHUDİ ƏXLAQI 
Bu bölmədə yəhudilərin əxlaqi tövsiyələrindən bə'zilərini qeyd edirik: 
«Qərib şəxsə əziyyət vermə və yadına sal ki, səfərdə sən də qərib olmuşdun»; 
«Miskin və fəqir olan fəhlələrə zülm rəva görmə; onlar istər sənin qardaşların olsun, 
istərsə də qəriblərdən»; «Dul qadınlara və yetimlərə əziyyət etmə; əgər fəryad 
etsələr, mən onu qəbul edərəm və sizi öldürərəm, qadınlarınızı dul, övladlarınızı 
yetim qoyaram»; «Rüşvət alma və öz əhdinə vəfalı qal»; «Söz gəzdirmək üçün 
gəzmə»; «Batil və yalan xəbəri yayma»; «Ata-anaya ehtiram et ki, sənin ruzin 
artsın»; «Təvazökarlıq izzətin müqəddiməsidir»; «Təkəbbürdən dava-dalaşdan 
başqa bir şey hasil olmaz»; «Allahdan qorxmaq insanın ömrünü uzadar» və «Şər 
adamlarla əlbir olma». 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin