SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə157/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   153   154   155   156   157   158   159   160   ...   200
Dinlərlə tanışlıq

SUAL VƏ TAPŞIRIQLAR 
1. Təlmud nədir? 
2. Təlmud necə yazılmışdır və neçə hissədən ibarətdir? 
Mişnanın neçə fəsli vardır və onların adlarını qeyd edin. 
Təlmud tə'liminin nümunələrindən bir neçəsini bəyan edin.


214 
QIRX ÜÇÜNCÜ DƏRS 
YƏHUDİ FİRQƏLƏRİ 
Yəhudilər sair xalqlar kimi müxtəlif firqə və quruplara bölünmüşdür. Yəhudi 
qövmü arasında təfriqənin ən ümdə amili yəhudi dininin şifahi tə'limlərinə 
(Təlmuda), eləcə də Əhdi-qədimə (Ətiqə) artırılan risalələrə e'tiqad bəsləyib-
bəsləməməklə əlaqədardır. Eləcə də axirət aləminə e'tiqad bəsləmək və ya 
bəsləməmək yəhudilərin firqələrə ayrılmasının digər bir amili hesab olunur. 
Bu dərsdə yəhudi firqələrinin ən mühümlərini bəyan edəcəyik. 
1. FƏRİSYUN 
«Fərisyun» kənara çəkilənlər, ayrılanlar mə'nasındadır. Bu ad həmin firqəyə 
müxaliflər tərəfindən verilmişdir. Amma bu firqənin ardıcılları özlərini «Əhbar» 
yə'ni, rəfiqlər və dostlar, yaxud Rəbbanilər adlandırırlar. 
Bu firqənin ardıcılları inanırlar ki, Tövratın hamısı əzəl gündən xəlq olunmuş və 
Musaya nazil olan müqəddəs lövhələrdə yazılmışdı. Buna əsasən, həzrət Musanın 
əsrindən sonra Tövratın yenidən yazılması həmin yazıların təkrar olunması kimidir. 
Fərisyunların nəzərinə görə, Tövrat təklikdə müqəddəs kitabın hamısı deyil, əksinə 
Təlmud da müqəddəs kitabın bir hissəsidir. Fərisyunun nəzərincə, yəhudi xaxamları 
mə'nəvi hakimiyyətə və ismət məqamına sahibdirlər; onların danışıqları Allah 
tərəfindən ilham olunur. Həmçinin deyirlər ki, hər bir mö'min xaxamların kəlamını 
şəriət hökmü kimi qiymətləndirməlidir. Çünki onların sözləri Allahın buyuruğudur. 
Buna əsasən, əgər xaxam sağ əlim sol əlimdirsə desə, yaxud bunun əksinə söyləsə, 
onu təsdiq et və onunla mübahisə etmə. 
Fərisyun axirət aləminə, məhşərə, ölülərin dirilməsinə və qiyamət gününə e'tiqad 
bəsləyir. Onlar inanırlar ki, ölüb dünyadan getmiş saleh şəxslər də Məsihanın qiyamı 
zamanı diriləcəklər ki, o həzrətin xidmətində olsunlar. Fərisyunlar qurbanlıq 
ayinlərinə inanmırlar və onların əksəriyyəti zöhd və sufilik halında yaşayır, 
izdivacdan qaçırlar. 
Fərisyun İncildə həzrət İsa (ə)-ın ən qatı düşmənləri kimi təqdim olunaraq
Qeysərin yanında bədbinlik icad edən amil və İsa (ə)-ın dara çəkilməsi ilə 
nəticələnən bütün məkrli planların səbəbkarı hesab olunurlar. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin