SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə168/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   164   165   166   167   168   169   170   171   ...   200
Dinlərlə tanışlıq

SUALLAR 
1. Müsəlmanların İsa (ə)-a iman gətirmələrini nəzərə alaraq, onları məsihi adlandırmaq 
olarmı? 
2. Qur'an nöqteyi-nəzərindən Tövrat necə yazılmışdır? 
3. Romalıların Fələstində hökmranlığının bu diyarda nə kimi tə'sirləri oldu? 
4. Həzrət İsa (ə) hansı şəraitdə peyğəmbərliyə seçildi?


230 
QIRX YEDDİNCİ DƏRS 
HƏZRƏT İSA (Ə) VƏ MƏRYƏM 
Bu dərs Qur'ani-Kərimin və İncilin həzrət İsa (ə) və onun anası həzrət Məryəm (ə) 
haqda buyurduqlarına, eləcə də o iki böyük şəxsiyyətin təvəllüd və be'sətinə həsr 
edilmişdir. 
QUR'AN NÖQTEYİ-NƏZƏRİNDƏN HƏZRƏT MƏRYƏM (Ə) 
Qur'ani-kərim Məryəmin anası və İmranın həyat yoldaşının nəzr əhvalatını belə 
bəyan edir: İmranın həyat yoldaşı Məryəmə hamilə olduğu zaman nəzr etmişdi ki, 
oğul dünyaya gətirərsə onu Allah dininə xidmətçi vəqf etsin». 
«(Ya Məhəmməd!) İmranın zövcəsinin (Hənnənin): «Ey Rəbbim, 
bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) 
məndən qəbul et! Əlbəttə, Sən eşidən və bilənsən!» - dediyini xatırla.» 
Amma övladını dünyaya gətirəndən sonra onun qız olduğunu gördü, kədərləndi; 
həsrətlə öz nəzrinin yerinə yetirilməsində nakam qaldığını güman edib Allahla belə 
razi-niyaz etdi: 
«Onu (bətnindəkini) doğduğu zaman: «Ey Rəbbim! Mən qız doğdum», - 
söylədi. Halbuki Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı 
bilirdi. Hənnə: «Mən onun adını Məryəm qoydum, Məryəmi və onun nəslini 
məl'un (daşqalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram» - 
dedi.». 
Beləliklə, aydın olur ki, Allah-taala Məryəmi ilk əvvəldən Öz diqqətində saxlamış 
və seçilmiş bir qadın kimi Öz mərhəmətinə layiq görmüşdü. Çünki, qeyd olunan 
ayələrin davamında Məryəm üçün gözəl tə'lim-tərbiyə və inkişaf nəzərdə 
tutulmuşdur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin