231
yə'ni, həzrət İsanı dünyaya gətirəcəkdi. Məhz buna görə də Allah-taala Qur'ani-
kərimdə həzrət Məryəm barəsində belə buyurur:
«(Ya Məhəmməd!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: «Ya
Məryəm, həqiqətən Allah səni seçmiş, (eyblərdən) təmizləmiş, (cəmi) aləmlərin
qadınlarından üstün tutmuşdur.»
Başqa bir yerdə buyurulur:
«Məryəm oğulu (İsanı) və (bakirə) anasını (qüdrətimizdən yaranmış) bir
mö'cüzə etik».
QUR'AN NÖQTEYİ-NƏZƏRİNDƏN HƏZRƏT İSA (Ə)
Qur'ani-Kərimdə
həzrət Məryəmin, ilahi ruhun üfürülməsi nəticəsində İsaya
hamilə olması və İsanın təvəllüdünün necəliyi barədə bir neçə ayə nazil olmuşdur.
O cümlədən, “Məryəm” surəsində buyurulur ki, Məryəm öz qohum-əqrəbasından
ayrılıb şəhərdən çıxaraq şərq istiqamətində bir nöqtəyə getdiyi zaman Ruhul-qudus
bəşər sifətində onun yanında zahir oldu. Pak bir qadın olan Məryəm əvvəlcə ondan
qorxub Allaha pənah apardı. Ruhul-qudus dedi ki, mən Allahın göndərdiyi şəxsəm;
gəlmişəm ki, sənə pak bir övlad əta edəm. Məryəm soruşdu ki,
heç bir kişi ilə
təmasda olmadığım və özüm də iffətli bir qadın olduğum halda, oğlan uşağına sahib
olmağım necə mümkündür? Cavab verildi ki, bu iş hökmən olacaq və Allah üçün bu
iş çox asandır. Biz istəyirik ki, onu camaat üçün ilahi bir nişanə və öz tərəfimizdən
rəhmət qərar verək. Nəhayət həzrət Məryəm İsaya hamilə oldu; təvəllüdü
yaxınlaşdığı zaman ailəsindən uzaqlaşıb bir ağacın altına getdi və övladını dünyaya
gətirdi. İsa (ə) doğulduğu anlarda doğuşun ağrısından qıvrılan anasına toxtaqlıq
verib deyir ki, Allahın sənin ayaqların altında bir çeşmə qaynatmışdır; quru xurma
ağacını tərpət ki, sənin üçün təzə tər xurma tökülsün. Xurmadan ye və bulağın
suyundan iç və öz gözünü (övladına görə) aydın et.
Allah-taala Qur'ani-kərimdə İsanı Allahın bəndəsi hesab edir.
Onu ilahi ayə və
nişanə hesab edərək bildirir ki, İsa dünyada və axirətdə böyük məqam sahibidir; ilahi
dərgaha yaxın olanlardandır. Allah-taala onu Bəni-İsrailin sui-qəsdindən və hiylə və
məkrindən amanda saxlamışdır.
Həzrət İsa (ə) uşaqlıq çağlarının əvvəlindən peyğəmbərliyə seçilir. Həzrət
Məryəm övladını götürüb şəhərə gətirmək istədiyi zaman Allah tərəfindən ona əmr
olunur ki, sükut etmək orucu tutsun və camaatla danışmasın. Ondan bir şey
soruşulduqda həzrət İsanı göstərsin; cavab verməyi körpənin öhdəsinə qoysun. O, öz
qövmünün yanına qayıtdığı zaman ondan, tə'nə vuraraq, atasız övladın necə dünyaya
gəlməsini soruşduqda, İsanı göstərir və işarə ilə ondan cavab almalarını başa salır.
Camaat deyir:
Dostları ilə paylaş: