SeyiD ƏHMƏd mahmudi /j


«...Beşikdə olan uşaqla necə danışaq?»



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə170/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   166   167   168   169   170   171   172   173   ...   200
Dinlərlə tanışlıq

«...Beşikdə olan uşaqla necə danışaq?» 
Bu zaman həzrət İsa (ə) özü cavab verir: 


232 
«...Mən, həqiqətən Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də 
peyğəmbər etdi». 
Bütün ilahi peyğəmbərlər həmişə mö'cüzə və nişanələrlə peyğəmbərliyə 
seçildiyindən, Allah-taala İsa peyğəmbər barəsində buyurmuşdur ki, onun özünü və 
anasını ayət və nişanə qərar verdik. Ananın ailə qurmadan övlad sahibi olması, körpə 
yaşlarında övladın camaatla danışması ilahi mö'cüzələrdəndir. Bundan əlavə
Qur'ani-Kərimdə o həzrət üçün çoxlu mö'cüzələr də bəyan olunmuşdur: 
«Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da 
Allahın izni ilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutlanları 
sağaldır və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb 
saxladığınız şeyləri də sizə xəbər verərəm.» 
İNCİL NÖQTEYİ-NƏZƏRİNDƏN HƏZRƏT İSA (Ə) 
Dördlük təşkil edən İncillərdə həzrət Məryəmin şəxsiyyəti barəsində çox da geniş 
məlumat yoxdur; yalnız qeyd olunur ki, o, təqvalı və pak-pakizə olmuşdur. Amma 
onun həzrət İsaya hamilə olması və İsanın təvəllüdü barədə nisbətən geniş mətləblər 
verilmişdir. Mətta İncilində İsa barəsində belə oxuyuruq: 
«İsa Məsihin təvəllüdü belə oldu: Yusifin əqdinə gətirilən Məryəm ər evinə 
getməkzən qabaq Ruhul-qudusun vasitəsi ilə hamilə oldu. Yaxşı əməl sahibi olan və 
Məryəmin camaat qarşısında rüsvay olmamasını istəyən Yusif gizli şəkildə qərara 
aldı ki, ondan ayrılsın. Yusif hələ bu fikirdə olduğu zaman Allahın mələyi yuxuda 
ona zahir olub dedi: Ey Davudun oğlu Yusif! Məryəmi öz evinə aparmaqdan qorxma, 
çünki onun bətnində olan Ruhul-qudusdandır. O, bir oğlan dünyaya gətirəcək və sən 
onu İsa adlandıracaqsan; çünki o, öz qövmünü günahlardan xilas edəcəkdir». 
Bu işlər baş verdi, nəhayət Allah-taala peyğəmbərin vasitəsi ilə e'lan etdi: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin