236
yaxud müqəddəs İncilin böyük hissəsini yazmış, digər hissəsi isə onun ideaları və
yol göstərmələri nəticəsində başqalarının vasitəsi ilə yazılmışdır ki, burada Luqanın
rolu başqalarından daha artıqdır.
Puls öz doğulduğu şəhərdə həzrət Məsihin dininə qovuşmamışdan əvvəl, fəlsəfə
mədrəsəsində Əflatun, Rəvaqi və Kəlbi fəlsəfəsi ilə yaxından tanış olmuş, bundan
tə'sirlənərək Məsihi ilahiyyatını yazmağa başlamışdı. Pulsun İsanın ayininə daxil
etdiyi ən mühüm təfəkkür İsanın ilahiləşdirilməsi olmuşdur. O, İsa
üçün Məsiha
məqamının fövqündə dayanan bir məqam təsəvvür etmişdir. Əlbəttə o, İsanı həmin
xilsakar hesab edir ki, ilahi mələkutu yer üzərində bərqərar etmək üçün və qiyam
etdikdən sonra bir daha buludların üzərində qayıdaraq qiyamət gününə qədər
yaxşılarla pislərin arasında mühakimə etmək üçün gəlmişdir. Amma bu qeyri-yəhudi
millətləri arasında də'vət etməyə məb'us olunduğundan və məsihilik fikri,
həzrət
İsanın be'sət və rəc'əti onlar üçün tamamilə düşünülməz bir fikir olduğundan, o
qövmlərin təfəkkür və əndişəsinə mütənasib olan başqa bir yolla varid oldu. O, İsa
(ə)-ın səciyyəvi xüsusiyyətlərdən olan dünyəvi ölüm və günahlardan qurtuluş və
nicat tapmaq məsələsini irəli çəkərək deyirdi: «Şəxs üçün əbədi həyat o vaxt hasil
olar ki, özünü ruhən İsa ilə birləşdirsin, qovuşdursun». O, İsanın ölüb-dirilməsindən
sonra ölüm və be'sət məsələsini başqa bir şəkildə təfsir edərək deyirdi: «İsa Məsih
asimani bir varlıqdır ki, ilahi zata və təbiətə malikdir; lakin onun özü tənəzzül edərək
insani surət və qiyafəni qəbul etmiş, asimandan yerə nazil olmuşdur. Bu mərhələdən
də süqut edərək onun dara çəkilməsinə razılıq vermişdir. Bu dərəcələrin hamısını
ona görə qəbul etmişdi ki, bir daha qiyam etsin və öz atasının sağ əlində (Allahın)
otursun, həyat və ölümün mütləq qüdrətini öz ixtiyarına keçirsin.
Buna əsasən Puls, öz sirli mənşəyini şərh və təfsir etmək üçün İsa vücudunun əzəli
olmasına və onun sifətlər aləmindən pak olmasına inandı. O, kulilərə yazdığı
məktubda deyir: «Məsih gözəgörünməz Allahın
məzhəri və surətidir, bütün
məxluqatdan üstündür; çünki onun vasitəsi ilə göydə və yerdə olanların hamısı,
görünənlər və görünməyənlər, taxtlar, padşahlar, hökmranlar, işlərin ixtiyar sahibləri
yaradılmışdır. Bəli, bütün varlıqlar onun vasitəsi ilə bir-birinə qovuşur və bir-biri ilə
əlaqəli olur.
Pulsun əndişələrindən ibarət olan digər bir məsihi əqidəsi isə İsa
Məsihin
bəşəriyyətin günahlarına görə qurban olmasıdır. O, ibranilərə məktub yazaraq Musa
şəriətinin qüvvədən düşən qurbanlığı haqda deyir ki, İsa Məsih gəlmişdir ki, Allahın
iradəsini yerinə yetirsin.
Sonra sözünü belə davam etdirir: «İsa Məsih Allahın iradəsini yerinə yetirdikdə və
öz bədənini həmişəlik olaraq qurbanlıq təqdim etdikdə, biz öz günahlarımızdan
paklaşdıq».
$ $ $
237
Gələn dərslərdə məsihilik ayinində özünəməxsus prinsiplərə
malik olan Pulsun
təfəkkürünü daha artıq araşdıracağıq. Qısa şəkildə demək olar ki, məsihilik əsaslı
olaraq, İsa Məsihdən daha artıq ona mənsub edilir. Puls İntakiyəyə getdikdə, ilk dəfə
olaraq, Məsihi adını İsanın ardıcıllarına verdi.
Dostları ilə paylaş: