253
müəyyən qayda-qanunlar və mərasimlər mövcuddur. Dini təhsildən əlavə, kilsədə
əməli təcrübə kəsb edib imtahanlar verdikdən sonra müəyyən iltizamları yerinə
yetirmək vacibdir ki, özünü kilsə üçün vəqf etmək, dinə xidmət etmək onların ən
mühümüdür. Buna görə də bu məqama nail olmaq istəyən şəxs dünya işlərindən,
xüsusilə izdivacdan çəkinməyə iltizam verir ki, ömrünün axırına qədər subay qalsın,
bütün ömrünü dinə xidmət etməyə vəqf etsin.
Protestanlar
bu ayini də qəbul etmirlər, keşişlərin və kilsə xadimlərinin
evlənməsini qanuni bir iş hesab edirlər. Son zamanlar katolik kilsələri də keşişlərə
izdivac icazəsi vermişdir.
SUALLAR
1. Məsihilərin kilsədə icra etdikləri ibadətlər hansılardır?
2. Tə'mid qüslu nədir?
3. Tənfiz ayini hansı məqsədlə təşkil olunur?
4. Məsihilər günahların bağışlanması üçün nə edirlər?
5. Rəbbani gecə mərasimi necə təşkil olunur?
6. Hansı əqidə əsasında yağlama mərasimi baş verir?
7. Məsihilərin ruhanilər cərgəsinə keçmək üçün hansı ayinləri vardır?