260
qurupu vücuda gəldi. Onlar məsihi alimləri, yaxud məsihi sufiləri adı ilə də
tanınmışdılar.
Bu zamandan etibarən rahiblik yeni bir hərəkat və cərəyan kimi məsihi aləmində
sür'ətlə inkişaf etdi; məsihilərdən çoxu bu həyat tərzinə üz tutdular. Bunun ardınca
kütləvi şəkildə mə'nəvi həyat üçün - ruhani rahiblər üçün sovməə tikilişi geniş
şəkildə yayılmağa başladı.
Antonin öz ardıcılları arasında inzibati qayda-qanunlar bərqərar etməsinə
baxmayaraq, onların yaşayışı fərdi xarakter daşıyırdı. Onun yaratdığı hərəkatdan az
bir vaxt sonra Paximiyus (290-346-cı miladi) Misirdə yerləşən Tabonda 9 sovməə
tikməklə rahibləri qurup şəklində yaşayan bir həyata qaytarmaq istədi. Onun rahiblik
üsul-idarəsi təqva və müqəddəslik əldə etmək üçün mütəşəkkil bir həyat qurmaq
qərarına gəldi. Paximiyusun yaratdığı qayda-qanunlar və sistemdən ibarət olan bu
yaşayış tərzi bundan sonra rahiblik qayda-qanunlarına yüksək tə'sir qoydu və daha
sonra sövmiyələrin sayı məsihi ərazilərinin şərq hissələrində sür'ətlə yayılmağa
başladı. Sövmiyələrdə Paximiyusun qayda-qanunları altında yaşayan rahiblər öz alın
təri və zəhmətləri ilə bir tikə çörək qazana biləcək müxtəsər işlə məşğul olurdular.
Paximiyusdan sonra Bazil (330-379-cu miladi) Qeysəriyyə şəhərinin yepiskopu
(hal-hazırda da onun adı şərq ortodoks kilsələrində izzət və ehtiramla yad edilir)
sövmiyə rahiblərinə çox ehtiram göstərdi və onlar üçün müəyyən qayda-qanunlar
nəzərə aldı ki, hələ də ona ortodoks məsihiləri arasında əməl olunur. Bazil çalışırdı
ki, rahiblərin kütləvi şəkildə yaşamaları üçün ictimai maraq yaratsın. Buna görə də
çalışırdı ki, rahiblər işləsin, yaxşı əməllərlə məşğul olsun və həmin halda dua və
müqəddəs kitabı oxuyub, dünyəvi məsələlərə e'tinasızlığı davam etdirsinlər ki, bu
yolla da rahiblik öz ictimai mövqeyini artırsın. Bazil bu qayda-qanunlarla rahibliyə
yeni rövnəq bəxş edə bildi və onun ictimai mövqeyini yüksəltdi. Bundan əlavə, onun
gördüyü tədbirlər sayəsində rahiblərin sövmiyələri həmin nahiyələrdəki
yepiskopların qüdrət və nüfuzu altına keçdi. Məhz bu dövrlərdə rahiblər Allahın
məhəbbətini cəlb etmək, niyyətlərini xalisləşdirmək, ləyaqət və müqəddəslik əldə
etmək üçün öz vaxtlarını ictimai xidmətlərə, fəqirlərə, yoxsullara və yetimlərə əl
tutmağa sərf edir və öz zəhmətləri ilə əldə etdikləri azacıq ruzi ilə sadə həyat tərzi
keçirirdilər. Onlar şərab içməyi, qeyri-dini kitabları oxumağı da özlərinə haram
etmişdilər.
Dostları ilə paylaş: