261
kimi tanınır. Bendikt Bazilin yaratdığı qayda-qanunlara oxşar ayinlər yaratdı və onda
Qərbi Avropaya hakim olan şəraiti nəzərə aldı. O, 528-ci ildə Mertaziş
ardıcıllarından bir qurupu ilə Montkazinoya köçdü və orada Bendiktlər firqəsinin
əsasını qoydu. O da Bazili firqəsində olduğu kimi, silsilə mərtəbələr əsasında olan
hökumət növünə üz tutdu ki, onun başında böyük rahib,
yaxud sövmiyyənin rəisi
dayanırdı. Bu quruluşda bir illik tə'lim dövrəsindən sonra könüllü olan şəxs rahiblik
təriqətinə tabe olmaq üçün Allahla əhd-peyman bağlamalıdır. Belə bir əhd-peyman
heç vaxt pozula bilməzdi. Sözü gedən şəxs bütün var-yoxunu sovməəyə təslim
etməli idi. Bendikt sövmiyyələrindəki rahiblərin gündəlik proqramları
aşağıdakılardan ibarətdir:
Altı-yeddi saat gündəlik iş, altı-yeddi saat təmərküz və təfəkkür, iki saata qədər
isə mütaliə.
Bendiktlərin silsilə mərtəbəsində olan quruluşda 7-ci əsrdə o firqənin tə'sis
olunduğu zamandan e'tibarən ən böyük rahib silsiləsi olan Kəlani sövmiyyələrinin
rəhbərliyini öz öhdəsinə aldı. Bu silsilə bendiktlərin rahiblik quruluşunda bir sıra
islahatlar apardı və bu firqənin ağır qanunlarına qayıtmaq istədi. O, ağır ruhi
məşğələləri və zahidliyi müdafiə edirdi. Kəlaminin islahatları 11-12-ci əsrlərdə 7-ci
Qriqoriyevin vasitəsi ilə kilsələrdə çox tə'sir qoydu.
Qərbin məsihi cəmiyyətləri 13-cü əsrdən sonra dərviş və dilənçilik təfəkkürü
əsasında olan digər bir rahiblik firqəsinin formalaşmasının şahidi oldu. Bu firqənin
ən mühümlərindən
biri Fransiskenlər idi ki, onun banisi 1226-cı ildə vəfat etmiş
Fransvay Asizi idi. Bu firqənin əsas məramı və tutduğu yol mütləq fəqirlik idi.
Fransisken firqəsinin ardıcılları və üzvləri özlərinin azacıq zəhmətləri ilə,
yaxud
dilənçiliklə öz güzaranlarını tə'min etməli idi; onlar pul almaq və var-dövlət sahibi
olmaqdan məhrum edilmişdilər. Bu firqələrdən digər biri də Domenikənlərdir. Bu
firqə 1221-ci ildə vəfat etmiş Domenikənin vasitəsi ilə tə'sis edilmişdir. Bu firqənin
rahibləri dərviş məsləkli və dilənçilik xüsusiyyətində idi; camaatın onlara verdikləri
sədəqələrdən başqa güzaranını tə'min etmək üçün artıq bir şey almağa icazəli
deyildirlər. Onlar öz vaxtlarını mütaliə və başqalarına
moizə etməklə keçirməli
idilər. Buna görə də camaat arasında bu firqə vaizlər, rahiblər adı ilə tanındı.
Qeyd etmək lazımdır ki, Domenikənlərin rəqibi kimi tanınan mühüm bir firqə isə
Yezuitlər adlanırdı. Bu firqə İqnatiyus Lyudanın vasitəsi ilə (1495-1556)
yaradılmışdır.
İqnatiyusun hədəfi təbliğ üsullarının islah olunması və həqiqətə də'vətdən ibarət
idi. Bu firqənin ardıcılları rahibliyin üç prinsipindən əlavə yə'ni, yoxsulluq, subaylıq
və itaətdən başqa dördüncü bir məsələyə də riyaət edirdilər. O da bundan ibarətdir
ki, müqəddəs ata onları hər hansı bir yerə təbliğə göndərsəydi, qeydsiz-şərtsiz qəbul
etməliydilər.
Buna əsasən, papaya qeydsiz-şərtsiz itaət etmək Yezuit məramının
digər bir prinsipi hesab olunur.
262
Yezuit firqəsi 16-17-ci əsrlərdə sür'ətlə inkişaf etdi və Qərbi Avropanın siyasi
dəyişikliklərinə yüksək tə'sir qoydu. Hal-hazırda yezuitlər Roma katolikasının
tə'limlərinin ön cərgəsində dayanmaqla mədrəsələrin, unversitetlərin,
dünya
səviyyəsində keçirilən seminarların mənbə və bəhslərinə nəzarət etməyi öhdəsinə
almışdır.
Dostları ilə paylaş: