35
bir qəbilənin bayrağında müxtəlif rəngli bir ulduz, yaxud heyvanın təsviri var idi.
Bu bayraqlar hər bir tayfanın düşərgə saldığı yerlərdə yüksək bir nöqtədə
dalğalanırdı. Onların üzərində ayın, ulduzun, canavarın, əjdahanın, filin və s.
heyvanlar təsvir olunmuşdu.”
Eyni zamanda demək olar ki, hal-hazırda da müəyyən şəhər və ölkələrin simvolu
kimi tanınan bə'zi rəsmlər, o cümlədən Almaniya və Amerikada qartal, Tailandda fil,
Yaponiyada günəş, Şri-Lankada şir və s.-də totemlərə etiqadların qədim dövrlərdən
mirasıdır. Bundan başqa, dünyanın müxtəlif yerlərində, eləcə də Avstraliyada,
Amerika qitəsinin şimal və mərkəz bölgələrində, bə'zi Afrika ölkələrində totemizmə
inanan, qədim dövrdə mövcud olan e'tiqadlardan bir çoxunun mədəniyyət və
düşüncələrində qaldığı çoxsaylı primitiv qəbilələr həyat sürürlər. Hindistanda inəyə
vəsfolunmaz hörmət və müqəddəsləşdirmə şübhəsiz ki, totemizm düşüncəsinin bariz
nümunələrindəndir. Bir çox avam kütlələr və hətta bə'zi müsəlmanlar da ağaclardan,
daşlardan və s.-dən kömək ummaq, onlara ehtiram göstərmək kimi hallar da gözə
çarpır. Bu sahədə daha ətraflı və çoxsaylı nümunələri müasir dünya xalqlarının
mövcud adət-ən'ənələrini araşdırmaq və totemist təfəkkürünü adət-ən'ənələrlə
tutuşdurmaqla qalıqlarını müşahidə edərək, uyğun olduğunu görmək olar.
Dostları ilə paylaş: