41
12. EŞQ VƏ SİTAYİŞ
Dediyimiz kimi, ibtidai insanlar varlıq aləminin mənşəyi ilə əlaqə yaradıb ona
qovuşmaq, bununla da onun razılıq və diqqətini cəlb etmək üçün öz mə'budlarına
sitayiş etməyə, yaxud onların təsəvvürünə görə, onun təzahürlərinə pərəstiş etməyə
yönəldilər. Bilmək lazımdır ki, onlar bu işin həyata keçməsi üçün özlərinin yeganə
məhbubunun razı qaldığı hər bir şeyi yerinə yetirirdilər. Bu işlə özlərinin hörmət və
məhəbbətlərini sübuta yetirir, bu yolla bir tərəfdən əmin-amanlıq, asudəçilik duyur,
digər tərəfdən isə bunlardan öz həyat və təkamülləri yolunda ehtiyacları olan şeyləri
diləyirdilər. Əslində onların kamilliyə olan meyllərinin mə'buda pərəstiş və sitayişə
səbəb olduğunu görürük.
Dostları ilə paylaş: