52
bütün ariyalıların evlərinə gedib-gəlir və onların həyatlarının bütün sahələrinə
nəzarət edir.
Aqni, bundan başqa təmizləyici və saflaşdırıcı rolunu yerinə yetirir və şeytanların,
əzazil ruhların, cadugərlərin əleyhinə güclü bir qüvvə kimi insanları onlardan
qoruyur. O da digər allahlar kimi veda ardıcıllarının ondan umduğu xeyir-bərəkət
göndərir. Ondan mal-dövlət, sərvət, xoşbəxtlik, uzunömrülülük, çoxlu qəhrəman
oğul övladları və s. ne'mətlər bəxş etməsini də diləyirlər.
2. Kollektiv mə'budlar;
Veda ayinində bu allahların özləri də üç qrupa bölünürlər:
1. Vasular; (ne'mət, sağlamlıq və firavanlıq bəxş edən mə'budlar). Onların sayı
səkkiz olmaqla aşağıdakılardan ibarətdir:
Od, torpaq, külək, hava, səma, ay, günəş və ulduzlar. Vedalıların e'tiqadına görə
üzərində Aqninin yerləşdiyi yer, həyatın əsası olan küləyin də fəza, əqlin əsas
iqamətgahı olan səma və əbədi həyatın əsası olan ulduzların sintezi ümumilikdə təbii
həyatın əsasını təşkil edirlər. Əslində bu səkkiz ünsür varlıq, ne'mət və firavanlıq
allahları sayılırlar.
Dostları ilə paylaş: