SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə35/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   31   32   33   34   35   36   37   38   ...   200
Dinlərlə tanışlıq

1. Riqveda: 
Bu kitab vedaların ən məşhur, ən mühüm və ən əhatəli hissəsi sayılır və qədimilik 
baxımından da sonrakı üç kitabdan irəlidir. Riqvedada mə'budların tə'rif və mədhinə 
həsr olunmuş 1017 nəğmə vardır. Bu nəğmələr ehtiyacların istənilməsi üçün 
yalvarışla oxunur. Bu nəğmələr Veda allahları arasında hamısından daha çox İndra, 
sonra Aqni və daha sonra isə Varunaya ünvanlanıb. 
Bu kitabların yazılmasından 3000 il keçməsinə baxmayaraq, hinduslar indinin 
özündə də onun nəğmələrini sübh və axşam çağları, toy mərasimlərində xeyir-dua 
məqsədi ilə oxuyurlar. Onların təfəkkür tərzi ilə tanış olmaq üçün burada həmin 
nəğmələrdən bə'zilərini heç şərh və izahsız nümunə seçmişik. İndraya xitab olunan 
ilk nəğmədə belə deyilir: 
“Ey İndra, bizim düşmənlərimizin hamısını qov! 
İstər çox güclü qərb fatehləri olsun və istərsə də şərqin müzəffərləri! 
Ey qəhrəman, şimal və cənub düşmənlərimizi uzaqlaşdır, 


55 
Sənin sayəndə şad və xürrəm yaşaya bilməmizdən ötrü! 
O gün nə gün olacaqdır? 
Elə insanlar ki, onların əkinləri arpa ilə doludur. 
Yetişmiş taxılları biçirlər və xırmana aparırlar. 
Belə isə o insanların yeməklərini cücərt. 
Elə bir yerdə cücərt ki, yeri pərəstiş üçün hazırlamayıblar. 
İndra xilas etməkdə güclü və kömək etməkdə bağışlayandır! 
O hər bir şeyin sahibidir, nə qədər bağışlayan və mehribandır! 
Bəlkə düşmənlərimizi pərən-pərən salıb əmin-amanlığı bizə hədiyyə etsin! 
Bəlkə biz qaçan güclülərin ağası olaq. 
Bəlkə müqəddəs pənahında onun lütfündən bəhrələnək. 
Onun bərəkətli şəfqətindən faydalanaq. 
Bizi qüdrətli və gözəl saxlayan İndra! 
Bizə qarşı ürəklərində kin bəsləyənləri bayıra at və bizi qoru!” 
İkinci nümunə yaradılış nəğməsi adlanır. Onun məzmunundan tovhid və 
təkallahlığa meyllə yanaşı, veda dininin xüsusiyyətlərindən olan çoxallahlığa e'tiqad 
da mə'lum olur. Eyni zamanda, xilqət aləmi və yaradılışın forması barəsində şəkk və 
tərəddüd də nəzərə çarpır: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin