SeyiD ƏHMƏd mahmudi /j


toplusudur, xəyal da odur və nəticədə hər şey ona qovuşub yox olur. Odur şəfəq



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə40/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   36   37   38   39   40   41   42   43   ...   200
Dinlərlə tanışlıq

toplusudur, xəyal da odur və nəticədə hər şey ona qovuşub yox olur. Odur şəfəq 
saçan parlaq günəşin kütləsində yanar bir od, tüstüsüz alov kimi nur ələyir! Onun 
hərarəti ilə qidalar mə'dəyə gedir. Buna görə onu atəşdə, qəlbdə hazır, günəşin 
daxilində mövcud adlandırırlar.” 
Upanişadın başqa bir yerində brahmanın xüsusiyyətləri barədə deyilir: “ - O həm 
sabitdir, həm də səyyar, həm uzaqdır, həm də yaxın... O şimalda, cənubda hər bir 
yerdədir. Bütün çaylar okeanlardan qaynaqlanıb yenidən ona qayıtdığı kimi, hər 
bir şey brahmandan yaranır və ona qayıdır.” 
2. ATMƏN 
Atmən təkcə insanın düşünüb-daşınan ruhu, zehni-düşüncəsi deyil (brahmanın 
simvolu), eynilə brahmanın özüdür. Bu əqidəyə əsasən brahma ilə atmən arasında 
ortaq şəxsiyyət və tam vəhdət vardır. Bütün nəfslər - insani nəfs və ya heyvanların, 
həşəratın və bitkilərin ruhu, hər canlı varlığın nəfsi olmasından asılı olmayaraq - 
özlərinin bütün formaları ilə birgə başqa bir şey deyil, məhz brahmanın özündən 
ibarətdir. 
Upanişad bu barədə belə deyir: “ - Brahmanın zühur və təcəllisi, hər bir şeyin 
ruhu məhz sənin ruhundur”. Sonra deyilir: - Onun yerlərdə, sularda, odda, 
havada, zəif küləkdə, səmada, günəşdə, fələkin dörd bir tərəfində, ulduzlarda və 
ayda, zülmətdə və nurda olan hər bir şeylə birgə, eyni zamanda hər bir şeydən 
fərqlidir... O kəs ki, daxildən hər bir şeyin ixtiyarını ələ alıbdır. O sənin 60


61 
ruhundur. Əbədi və batini bir nəzarətçi. O kəs ki, tənəffüsdə, danışıqda, gözdə, 
qulaqda, beyində, dəridə və idrakda yeri vardır və bununla belə, özü idrakdan 
deyildir. O görünməyən göz, eşidilməyən qulaq, düşüncənin zatına yol tapmadığı 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin