SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə43/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   39   40   41   42   43   44   45   46   ...   200
Dinlərlə tanışlıq

5. MUKŞA (NİCAT YOLU) 
Öyrəndiyimiz kimi, brahmanların e'tiqadına görə insan dünyada çirkin əməllərlə 
məşğul və şeytan xislətli olarsa, hökmən öz həyatının yeni dövrünü daha aşağı bir 
varlığın bədənində başlamalı, daha ağır əzab-əziyyət və müsibətlərə dözməlidir. 
Yaxşı əməl sahibləri isə öz həyatlarını daha üstün bir varlığın bədənində davam 
etdirəcəklər. Ancaq bilmək lazımdır ki, bundan əvvəl də qeyd olunduğu kimi, çoxluq 
aləminə yenidən qayıdış hər halda əzab-əziyyətlə müşaiyət olunacaqdır. Çünki 
həmin aləmin xüsusiyyətləri bunu tələb edir. Buna görə də nə saleh, nə də çirkin 
əməl nicat və qurtuluşa səbəb olmur. Brahmanların nəzərinə görə nicat və qurtuluş 
yalnız mukşanın vasitəsilə mümkündür. Mukşa maddi meylləri tərk edib fəna yoluna 
qədəm qoymaqdan ibarətdir. İnsan var-dövlət sevgisi və dünyəvi istəklərdən əl çəksə 
brahmana qovuşar və əbədi rahatlıq tapar. Bu barədə Upanişad elmi iki mərtəbəyə - 
daha ali və daha aşağı dərəcəyə böldüyü hissədə belə deyir: 
“ - Daha ali elm — azadlıq elmi atməndə (yaxud insan varlığının həqiqəti və 
ruhu) bütün maddi meyllərdən və varlığı tələb edən şəraitlərin hamısından azad 
olmaqdır. İnsan bu məqama yetişməklə mukşaya, yə'ni nicat və qurtuluş yoluna 
çatacaq, atmən-brahmanın bir olmasını dərk edəcəkdir. Bu zaman vəhdətin 
şadlığında, əzəliyyət və əbədiyyət nə'şəsində qərq olacaq, aləmdəki daimi 
dəyişikliklərdən və köçmələrdən, samsaranın qeyri-ixtiyari həyat dəyişmələrindən 
həmişəlik xilas olacaqdır.” 
SUAL VƏ TAPŞIRIQLAR 
1. Veda və brahman ayini baxımından qurtuluşun tərifi necədir? 
2. Brahman kimdir və onun üzərinə hansı vəzifələr düşür? 
3. Atmənin mə'nası nədir və onun brahmanla nə kimi əlaqəsi vardır? 
4. Varlıqların brahmanla olan əlaqəsi necədir? 
5. Brahman ayinində qurtuluş yolu nədir? 
Brahman ayini nöqteyi-nəzərindən tənsüxü izah edin. 
Müəllimin köməyi ilə və e'tiqadlar dərsində öyrəndiyiniz ideoloji arqumentləri 
nəzərə almaqla, brahman ayininin e'tiqadi prinsiplərini araşdırıb təhlil edin.


64 


65 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin