77
tövsiyə etdiyi çox çətin və asketik əxlaqi prinsiplər insani civanın acivanın bənd və
zəncirlərdən xilas olmasına, daha sonra isə qurtuluş və nicat tapmasına yönəlmişdir.
KARMA VƏ SAMSARA
Brahmanların inancında karma, əvvəllər də qeyd etdiyimiz kimi, insani əməl və
rəftarın hasili, nəticəsidir. Belə ki, əgər bir şəxs yaxşı əməl sahibi olsa karma yaxşı,
pis əməl sahibi olduqda isə karma əzab və bədxasiyyət, alçaq cinsdən olar. Karma
həmçinin sonrakı həyatda şəxsin kasta ictimai təbəqələrində yüksəlişinə,
yaxud
enişinə səbəb olur. Ancaq, caynizm e'tiqadına görə karma, principcə ruhla qarışan
maddi bir reallıqdır və ruh onu əhatə edir. Başqa sözlə desək, insanın əvvəlki həyatda
əməl və rəftar tərzi onun hazırkı cizmini, yə'ni acivanı tə'yin edir və ruhu (civanı) öz
əhatəsinə alır. Əgər bir şəxs xeyir əməl sahibi və düz adam olsa, günahlardan, çirkin
və yaramaz işlərdən çəkinsə, onun karması sonrakı həyatında civasının daha yüngül
və rahat aciva daxilinə keçməsinə, aciva tərəfindən daha az əzab-əziyyətə düşməsinə
səbəb olur. Əksinə, çirkin işlər görüb günaha batarsa, əks mütanəsib şəkildə, sonrakı
həyatında daha ağır və çətin acivadan əziyyət çəkir. Belə ki, həşarat, bitki, hətta
cansız varlıqların timsalında heyvani dünya səviyyəsinə düşməsi, bu halda onun
civasının daha əzablı və daha çətin olması da mümkündür.
Bu vəziyyət yenidən
insani həyat səviyyəsinə yüksəlmək üçün min illərlə davam edə bilər.
Bu izahda da caynizmin həm karmanın yozumunun və həm də samsara barəsindəki
baxışlarının brahman ayinindən tam fərqləndiyi görünür. Caynizm ayinində ruhun
(civanın) yüksələn xətlə inkişaf yolunda tənasüxdən xilas olub nicat tapması
mümkündür. Tənəzzülə doğru olan hərəkətdə də ruh insanlıq miqyasından çıxaraq
heyvan, bitki hətta cansız varlıq səviyyəsinə enə bilər. Brahmanizmdə isə hər iki
tərəfdən məhdudiyyət vardır, yə'ni insan inkişaf yolunda yalnız brahman təbəqəsinin
mə'nəvi məqamına yüksələ bilər; tənəzzülə gedən yolda isə insan ictimai quruluşun
dördüncü təbəqəsi səviyyəsinə, yə'ni şudralarin və ən çoxu paryaların səviyyəsinə
enər.
MUKŞA
Qeyd olunduğu kimi caynizm də mukşa bütün maddi və mə'nəvi asılılıqlardan
tamamilə azad olmağa deyilir. Yalnız belə olan halda insan tənasüxün, davamlı
doğum və ölümlərin əzabından xilas olaraq əbədi qələbəyə və qurtuluşa nail ola
bilər. Deməli, caynizm ilə brahmanın fərqi qurtuluş və ardıcıl
doğumlardan xilas
olmaq məsələsindədir və caynizmə görə bu böyük çətinliklərlə və asketizmə
dözməklə mümkün ola bilər. Brahman ayinində isə tənasüxdən qurtulmaq və xilas
olmaq prinsipcə mümkün deyildir. Bununla belə aşağı təbəqələrdəki həyatın
çətinliyindən, bu təbəqənin vəzifələrini yerinə yetirməklə və yaxşı işlər görməklə
78
xilas olmaq olar; sonrakı doğulmalarda daha yüksək təbəqəyə mənsub olan şəxsin
cismində zühur etmək olar. Belə olan təqdirdə daha rahat və yaxşı həyatdan, daha
çox sosial imkan və nüfuzdan faydalanmaq mümkündür.
Caynizm ardıcılları insanın əzab-əziyyətinin səbəbini civanın acivadakı həbsində
gördüklərinə görə, nicat tapmaq və mukşaya çatmaqdan, ruhun azad və xilas olması
üçün bu hasarın uçurulmasını labüd hesab edirlər. Bu hasarın uçurdulması üçün isə
insanın bütün duyğu, emosiya və istəklərdən uzaqlaşmasından, maddi aləmlə heç bir
formada əlaqə və bağlılığın olmamasından başqa yol yoxdur. Bu məqsədə çatmaq
istəyən rahib və yoqalar heç bir şeyə ikrah və ya məhəbbət bəsləməməlidir; heç bir
şeydən sevinməməli, yaxud kədərlənməməlidir; istidən və ya soyuqdan ləzzət və ya
narahatlıq keçirməməlidir; aclıq
və susuzluq, xeyir və şər, yaxşı və ya pis qoxu,
qorxu və ümid və s. qarşısında heç bir hiss duymamalıdır.
Əslində, insan bütün proseslər, meyl və istəklər qarşısında donuq bir halətə malik
olmalıdır. Çünki, bu dünyanın hər hansı bir hadisə və varlığa nisbətdə baş verən
azacıq emosional
dəyişiklik və hisslər civa, yə'ni fərdi ruhun maddi aləmlə əlaqə
qurmasına səbəb olmaqla qurtuluşa mane olur və bir daha maddi aləmə qayıtmaqla
nəticələnir. Şübhəsiz, orada onu daha çətin və əzablı dövr gözləyir.
Dostları ilə paylaş: