SeyiD ƏHMƏd mahmudi /j


vərəm, ürək keçmə və s. xəstəlikləri varmı? Azad bir insansanmı? Heç bir borcun



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə66/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   62   63   64   65   66   67   68   69   ...   200
Dinlərlə tanışlıq

vərəm, ürək keçmə və s. xəstəlikləri varmı? Azad bir insansanmı? Heç bir borcun 
yoxdurmu? Hakimiyyətə xidmət etmirsənmi? Ata və anan bu işə razıdırmı? 20 
yaşın tamam olubmu? Sədəqə toplamaq üçün əldə tutduğun kasa və rahiblik üçün 
əyninə geyindiyin əbanın vəziyyəti münasibdirmi?...” 
Qəbul olunan şəxs sangəhə daxil olduqdan sonra geniş inzibati nizamnaməyə 
riayət etməlidir. Bu məsələdə yol verilən qanun pozuntuları həmin şəxsin 
cəzalandırılmasına, hətta mə'bəddən çıxarılmasına səbəb olur. Rahib “dörd səbəbdən 
məğlub edilmiş” sayılır və onun rahiblikdən kənarlaşdırılması barədə qəti hökm 
verilir: 
1. Cinsi əlaqədə olmaq; 
2. Oğurluq; 
3. Qəsdən törədilən qətl; (Başqalarında ölüm və intihara səbəb olan vəsvəsə 
yaratmağa da şamil olunur). 
4. Yalandan elmli şəxs iddiasında olmaq. 
Bundan əlavə digər on üç qanun və normaya da riayət edilmədikdə ruhani 
rəhbərliyin rəsmi iclası keçirilərək qanunu pozmuş rahib bir aylıq kənarlaşdırılma 
formasında cəzalandırılır. “Otuzluq” təşkil edən qanunlar pozulduqda isə tövbə 
edilməsi tələb olunur və rahiblik əbası, rahibə verilən dərviş kasası və palaz onun 
əlindən alınır. Digər bir qanun da 99-lardır. Bu qanunlar pozulduqda tövbə edilməsi 
tələb olunur. O cümlədən, nalayiq sözlər danışmaq, insanları təfriqəyə, ikitirəliyə 
təhrik etmək və s. bu qəbildəndir. Burada başqa qanunlar da mövcuddur ki, onları 
pozduqda qanun pozucusu kollektiv qarşısında öz səhvini e'tiraf etməlidir. Rahiblər 
üçün sangəhdən çıxdıqdan sonra riayət etmələri tələb olunan bir çox qanunlar 
qoyulmuşdur. Bu qanunlar pozulduğu təqdirdə rahiblər davamlı


99 
əzab-əziyyətə düçar olacaq, qurtuluş mənzilindən uzaqlaşacaqlar. Bu qanunlar 
aşağıdakılara şamil olunur: 
Münasib paltarlar geymək, bədənin müvazinətini saxlamaq, baxışlarını aşağı 
dikmək, ucadan gülməmək, səs-küy salmamaq, əli-ayağı yellətməmək və s. 
Sarı rəngli əba geymək, başın və üzün tüklərini qırxmaq, dilənçi kasası gəzdirmək 
də sangəhdəki adətlərdəndir. Rahiblər hər gün axşam günəş batanda öz dilənçi 
kasalarını əllərinə alıb buddistlərin evlərinə gedir, düyü və digər qida məhsulları 
alırlar. Qayıtdıqdan sonra bunları bir yerə toplayır və onlardan bir öynəlik günorta 
xörəyi hazırlayırlar. Adətən gün ərzində həmin bir öynəlik yeməklə kifayətlənirlər. 
Günortadan qeyri vaxtlarda Budda rahiblərinin birdən artıq dilənçi kasası, alt paltarı, 
dərviş əbası, iynə-sap və bir üzqırxan ülgücdən əlavə əşyalara malik olmağa haqları 
yoxdur. Hətta dini kitablar və qeydlər də onların şəxsi mülkiyyəti sayılmır və 
sangəhin ümumi malı hesab olunur. 
Burada Budda rahiblərinin monastırı, mə'bəd və ondan xaricdə riayət etməli 
olduqları bə'zi adət, norma və qayda-qanunlarla tanış olduq. Qeyd etmək lazımdır 
ki, bütün bu qayda-qanunlara riayət etmək nirvanaya qovuşmağa zəmanət üçündür. 
Təbiidir ki, bu qədər ağır və üzücü qayda-qanunlar buddistlərin hamısı üçün nəzərdə 
tutulmamışdır və bu ayinin adi ardıcıllarının daha yüngül vəzifələri vardır. Bu 
vəzifələrdən bə'ziləri aşağıdakılardan ibarətdir: 
Ruhani aparatına hədiyyələr vermək - gəzib dolaşan rahiblərin kasasına bir neçə 
düyü dənəsi tökməkdən tutmuş rahibə paltar tikilişi üçün bir parça və ya paltarın 
özünü verməyə qədər, mə'bəd və monastır tikmək, tə'yin olunmuş vaxtlarda dua 
mərasimlərində iştirak etmək və s. vəzifələr. 
Diqqətəlayiq məqam bundan ibarətdir ki, buddizmin sıravi ardıcılları bu kimi 
vəzifələri yerinə yetirmələrinə baxmayaraq, nicat və qurtuluşa və ya nirvanaya nail 
olmurlar. Onlar yalnız özlərini daha layiqli bir məqama, mərhələyə yüksəldə bilər və 
yeni həyatda, yenidən doğulmalarda mə'nəviyyat və qurtuluşa olan şövq baxımdan 
daha yüksək və ali bir mövqeyə çata bilərlər. Belə olan halda rahiblər cərgəsinə 
qoşulmaq və qurtuluş yolunu qət etməyə daha artıq hazır ola bilərlər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin