103
deyildir. Ondan qabaq da sayları 24-ə çatan başqa buddalar olmuşdur və ondan sonra
da digər buddalar olacaqdır.
Gələcək Budda Mahayana firqəsinin nəzərincə “Buddisətvə” adlandırılır və onun
mə'nası “formalaşmaqda olan Budda” deməkdir. Bu firqənin inancına görə,
formalaşmaqda olan buddalar buddaların nurani cismlərindən bəhrələnir və “tuşita”
behiştində cah-cəlallı taxtlar üzərində əyləşən əfsanəvi varlıqlardır. Müqəddəslər və
övliyalar onların ətrafında qərar tutmuşlar, onlar insanları xilas etmək üçün yer
üzərinə peyğəmbərlər göndərirlər və insanların müqəddəratı mə'budların əlindədir.
İnsanlar da ali vücudlara ibadət və sitayiş etməli, qurtuluş mərhələsinə çatıb
nirvanaya nail olmaq istəsələr, Buddisətvə yolunu tutmalıdırlar. Bunlar insanın
nirvanaya qovuşması üçün bir vasitə, əfv və rəhmdillilik, sə'y və mə'nəvi qüvvə,
əxlaqın saflaşdırılması, səbr və təmkin, düşüncə və meditasiya, ağıl və zəka kimi altı
fəzilətin atributudur. Bu firqənin e'tiqadına görə həmin altı fəzilətdən kömək
almaqla, eləcə də nirvanaya nail olmaq üçün nəzərdə tutulan on buddist məqamı
vasitəsilə ilə bu mərhələyə çatmaq olar.
Hiniyana firqəsinin buddizmin səkkiz e'tiqadının yerinə təqdim etdiyi on məqam
buddisətvalara aiddir və onlar qısaca aşağıda verilir:
1. Şadlıq və sevinc məqamı;
2. Paklıq məqamı;
3. Səbr və müqavimətin təcəlli məqamı;
4. Parlaqlıq məqamı;
5. Yenilməzlik məqamı;
6. Buddaya üz tutma məqamı;
7. Durru məqamı (Mə'nəvi gücün zirvəsi olan, bununla belə ilahilik məqamına
çatmayan bir məqamdır.);
8. Sükunət və hərəkətsizlik məqamı;
9. Pak fitrətlilər məqamı;
10. Əbri əyin məqamı. Bu, Buddaya xas olan bir məqamdır və daim ondan rəhmət
və mərhəmət yağışı gözlənilir.
Mahayana firqəsinin e'tiqadlarındakı mühüm məqam budur ki, Buddanın yolu çox
geniş və hamının üzünə açıq olan bir yoldur. Hər bir şəxs Sətvəbuddanın yüksələn
xətt üzrə gedən yolunu qət edərək son nəticədə nirvana mərhələsinə çata bilər. Hətta
həmin şəxsin özü gələcək buddalardan biri ola bilər. Bu firqə ardıcıllarının gözü
həmişə digər bir böyük buddanın zühuru yoluna dikilib və nə vaxtsa Sətvəbuddanın
yüksələn xətt üzrə gedən və kamillik yolunda digər bir böyük buddanın bəşəriyyəti
əzab-əziyyətdən, möhnətdən xilas etmək üçün zahir olacağına inanırlar.
Bu firqənin nəzərində Sətvəbudda məqamına çatmaq hamı üçün mümkün olsa da
həmin məqama nail olmağın xüsusi şərtləri vardır. Həmin firqənin dini risalələrindən
birində bu barədə oxuyuruq:
“ - Hər kəs yolu qət edərək Sətvəbudda mənzilinə çata
Dostları ilə paylaş: