110
NİCAT YOLLARI
Hinduizm ayini əbədi səadətə, son məqsədə nail olmaq üçün üç yolu nicat yolu
kimi təqdim etmişdir ki, onların hər üçü bu ayinin ardıcılları arasında mö'təbər və
məqbul sayılır. Bu üç yol aşağıdakılardır: əməllər, elm və ixlas yolu.
1. Əməllər yolu: Bu ən ümumi yol olub xalq kütlələri
üçün başa düşülən və
praktikdir. Bu yolda hindus olan şəxs nicat mənzilinə çatmaq üçün dini əməlləri, adət
və ibadətləri öz yolunun şüarına çevirir. Bu yolda fəlsəfi, əqli məsələlərə daha az
diqqət yetirilir, “Mano qanunlarında” və hindus şəriət
mətnlərində təklif olunan
ibadət və dini rituallar qurtuluşa zəmin hazırlayır ki, ruh bu vasitə ilə müsbət və
layiqli karmadan -səadətdən bəhrələnir. Qurbanlıq mərasimini yerinə yetirmək,
mə'bədə, mə'budların
hüzuruna, yaxud əcdadların ruhlarına hədiyyələr vermək,
günəşə, oda sitayiş, hörmətlə yanaşmaq üçün aqni-hutra ritualını icra etmək, bir sözlə
bu dinin öz ardıcılları üçün nəzərdə tutmuş olduğu bütün saleh əməl və ibadətlər
ixlas, dönməz e'tiqad və inamla yerinə yetirilərsə hindusun nicat tapmasına, ruhunun
ölümdən sonra göylərdən birinə yüksəlməsinə səbəb olacaqdır.
Bu ruhun yenidən
brahmanın (hindus ruhani) müqəddəs vücudunda zühur edərək, onun brahmaya
(mütləq ilahiləşməyə) gedən yolunu daha da asanlaşdırması mümkündür.
Hindus şəriətində dini əməllərin bir qismi kişilər üçün nəzərdə tutulmuşdur və
yuxarıda onlardan bəhs olundu. Bu təkliflərin bir qismi də qadınlara aiddir ki, yalnız
onları yerinə yetirdikləri təqdirdə onların üzlərinə qurtuluş qapısı açılacaqdır. Bu
ayində qadın tam itaət və təvazökarlıqla ərinin quluğunda durmalıdır.
Bu qulluq
göstərməkdə o dərəcədə ifrata varmışdır ki, “Mano qanunları” kitabında deyilir:
“ -
Dostları ilə paylaş: