SeyiD ƏHMƏd mahmudi /j


ƏXLAQİ VƏ İCTİMAİ EHTİYACLAR NƏZƏRİYYƏSİ



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə9/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   5   6   7   8   9   10   11   12   ...   200
Dinlərlə tanışlıq

3. ƏXLAQİ VƏ İCTİMAİ EHTİYACLAR NƏZƏRİYYƏSİ: 
Bu nəzəriyyənin tərəfdarları inanırlar ki, insanın bir sıra əxlaqi, ruhi və ictimai 
ehtiyacları vardır; bu ehtiyaclar böyük, qüdrətli, əbədi bir varlığa e'tiqad 
bəslənilmədən tə'min olunmur. Bu daxili tələbat insanların qüvvət və qüdrət sahibı 
olan Allaha e'tiqad bəsləməsinin əsasını təşkil edir. Eynşteyn bu barədə deyir: “ - 
Hər kəs ideoloji hərəkətlərin nəticəsini görmək istəyirsə, yadda saxlamalıdır ki, 
insan övladının bütün təfəkkür və sə'yləri həyatda qarşılaşdığı ehtiyacları ödəmək 
və problemlərini həll etmək üçün olmuşdur. İki heyrətamiz qüvvə olan eşq və arzu 
bəşəriyyətin hərəkətverici qüvvəsi, mübarizə və ixtiraların əsas mühərriki 
olmuşdur. Bundan da önə keçib bəşər həyatı üçün müxtəlif məqsədlər qeyd etmək 
mümkündür, lakin onlar bu iki haldan kənar olmayacaqdır...” O sonra əlavə 
edərək deyir: “ - İnsanın ictimai xüsusiyyəti də dinlərin yaranma səbəblərindən 
biridir. Hər bir şəxs öz ata-anasının, qohum-əqrəbasının, rəhbərinin və böyük 
şəxsiyyətlərinin ölümünü görür; buna görə də hidayət olunmaq arzusu, sevmək, 
sevilmək, bir şəxsə arxalanıb ümid bəsləmək onda Allaha əqidə bəsləməyə şərait 
yaradır. Düşünür ki, həmin Allah bağışlayan və mehribandır, insanı və sair 
varlıqları qoruyur, kainatı nəzm və harmoniya əsasında idarə edir, məxluqata 
mükafat və cəza verir. O elə bir 


20 
Allahdır ki, onları sevir, həyatı, qəbiləni və irqləri qoruyub saxlayır; onlara nail 
olmadıqları arzularda, qane olmadıqları istəklərdə təsəlli verir; elə bir Allahdır ki, 
ölülərin ruhlarını məhv olmaqdan saxlayır. Bütün bunlar, ictimai, yaxud əxlaqi 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin