129
Ramnuhan Roy o dövrdə qərblilər tərəfindən öz müstəmləkələrində geniş təbliğ
edilib yayılan Qərb humanizminin tə'siri altına düşmüşdür. Hinduizmin Qərbin
ümumbəşəri düşüncələrinin hücumu qarşısında müdafiə oluna bilməsi üçün insan
hüquqlarını pozan bütün qanun və prinsipləri rədd edərək onlara qarşı çıxdı. Buna
görə də, dul qadınların ölmüş ərlərinin cəsədi ilə birlikdə yandırılması, azyaşlıların
zorla evləndirilməsi və s. qanunları tamamilə qəbuledilməz sayıldı. Ramnuhan Roy
eyni halda hinduizmin müqəddəs kitablarını, yə'ni vedanta və upanişadları qəbul
etmişdir. Bu firqə də hinduizm mə'bədlərində olan pərəstiş və dua mərasimlərini
əvvəlki səpkidə yerinə yetirir. Firqənin kasta sinfi quruluşunu rədd etməsinə
baxmayaraq, brahmanlar yenə də yüksək məqam sahibidirlər və bu firqədə onlara
xüsusi hörmət göstərilir. Hətta Ramnuhan Royun ardıcıllarından çoxu onun şəklinə
pərəstiş edərək hörmətlə yanaşırlar.
Buna görə də, brahma-samac firqəsi İslam, hinduizm, xristianlıq və qərb tərzi-
təfəkkürlərinin, eləcə də onun banisinin şəxsi e'tiqadlarının sintezi nəticəsində
formalaşmışdır. Bu ayin 19-cu əsrin ikinci yarısında yenidən parçalanmasına
baxmayaraq, hal-hazırda hinduizmin ən mühüm firqələrindən biri kimi tanınır və
Hindistanda çoxsaylı ardıcılları vardır.
Dostları ilə paylaş: