SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə92/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   88   89   90   91   92   93   94   95   ...   200
Dinlərlə tanışlıq

3. Rama-Krişna firqəsi; Rama-Krişna uzun illər Kali (mə'nası “əsas ana” olan 
hindus ilahəsi) mə'bədində dini xidmətlə məşğul olmuş Şiva məzhəbinin 
brahmanlarından olmuşdur. O, bu müddət ərzində çox böyük həvəs və vurğunluqla 
Şiva məzhəbində Kali üçün nəzərdə tutulan xüsusiyyət və sifətlər barəsində diqqətlə 
araşdırma aparmışdır. Daha sonra Hindistanda mövcud olan sair din və məktəblərin 
ideoloji əsaslarını, o cümlədən caynizm, buddizm və s. araşdırmış, bir müddət sonra 
İslamı və xristianlığı da tədqiq etmişdir. O, bu tədqiqatlar dövründə bütün dinlərin 
varlığın mənşəyi və baş mə'bud məsələsində ortaq xüsusiyyətə malik olduğunu 
görmüşdür. Rama-Krişna sonda çoxluqlarla eyni zamanda müəyyən mə'nada təkliyə 
inandı. Yə'ni o, müxtəlif dinlərin varlıq mənşəyi və əsas xaliq kimi tanıtdıqları bütün 
ad və titullar Kali ilahəsinin müxtəlif dinlərin ardıcıllarının xüsusi, fərqli forma 
verərək təqdim etdikləri Kali ilahəsinin çeşidli izahı olmasına inanmışdır. Buna görə 
də, bütün dinlər üslub və yollarının fərqli olmasına baxmayaraq, vahid bir prinsipdə 
eyni mövqeyə malikdirlər. Bu baxımdan Krişna nəinki bütün dinlərin əsasını qəbul 
etmiş, üstəlik bütlərə pərəstiş olunmasına, çoxallahlılığın qanuniləşdirilməsinə icazə 
vermişdir. O, bütün ayinləri görünən fərqlər, yaxud mümkün olan təzadları ilə birgə 
məqbul saymış və onların qəbul olunmasını öz ardıcıllarına tövsiyə etmişdir. 
Bununla belə Krişna Kaliyə çatmağın yeganə yolunun Şiva zahidliyi və ixlas 
olduğuna, buna görə də Şiva məzhəbinin tutduğu yol əsl yol, sair din və firqələrdəki 
seyri-süluk yollarının hamısının doğru yoldan kənar çıxma hesab edirdi. 
Krişnanın həqiqəti tapmaq üçün təqdim etdiyi yol əqli, əqli tapıntıların tərk 
edilməsi, bütün maddi və dünyəvi buxovlardan xilas olmağa əsaslanır. İnsan bu 
vasitə ilə həqiqəti bütün maddi bağlılıqların və buxovların fövqündə özünün pak bir 
vicdanı ilə görə bilər. 


131 
Rama-Krişna tə'lim və e'tiqadları bir müddət sonra onun Svami Vivkanada adlı 
gənc şagird tərəfindən toplanmışdır. O, tezliklə bu e'tiqadın təbliğ olunması üçün 
sonralar Rama-Krişna adı ilə məşhurlaşan hərəkat yaratmışdır. Bu hərəkat Hindistan 
cəmiyyətində və Qərbdə çoxsaylı insanların, xüsusilə də Qərbin rəngarəng 
məktəblərindən, maddi həyatından ümidsiz və mə'yus olan cavanları bu firqəyə cəlb 
edə biləcək səviyyədə uğur qazana bilmişdi. Bu gün Krişna mə'bəd və dərnəklərinin 
Qərbdə, xüsusilə Amerikada sərgərdan gənclər tərəfindən rəğbətlə qarşılandığını və 
onların həmin mə'bədlərdə Krişna ayinlərini yerinə yetirdiklərinin şahidiyik. 
* * * * 
Hindistanda qərb mədəniyyəti ilə təmas və qarşılaşma nəticəsində yaranan firqələri 
nəzərə almasaq, Qərbin liberal və sekulyarist baxışları daha çox tələbə və ali məktəb 
təbəqələri arasında dinsizlik, ateist hərəkatlarının formalaşmasına səbəb oldu. Bu 
hərəkatlar öz sə'ylərini hinduizmin ideoloji əsasları ilə mübarizəyə yönəldir, onu 
xurafat və ata-babaların möhumatçı fikirləri adlandırmaqla hinduizmin kökünü 
kəsmək istəyirdilər. Amma hər halda, yuxarıda şərh olunan firqələr yeni Hindistanın, 
onun mədəniyyətinin formalaşmasında mühüm və məs'uliyyətli rol ifa edə, 
hinduizmin yanlış və qeyri-məntiqi inanclarında böyük dəyişikliklər edə bilmişlər. 
Belə ki, bugünkü Hindistan cəmiyyətində nə kasta sinfi quruluşu rəsmi olaraq 
tanınır, nə də azyaşlıların nigahı, dul qadınların yandırılması və s. kimi ayinlərə icazə 
verilir. İnkar etmək olmaz ki, izahı qeyd olunan müxtəlif mə'budların çoxsaylı büt 
və heykəllərə sitayişə Hindistanda hələ də rast gəlinir. Bütün bu kimi hallar ölkə 
əhalisinin müşrikliyə ciddi meylindən xəbər verir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin