SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə96/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   92   93   94   95   96   97   98   99   ...   200
Dinlərlə tanışlıq

SUAL VƏ TAPŞIRIQLAR 
1. Canamsakhi nədir? 
2. Quru Nanakdan qabaq siqh ayininin yaranmasına kimlər zəmin yaratmışlar? 
3. Nanakın təbliğat metodu necə idi? 
Siqh ayininin formalaşmasının əsas zəminələrini şərh edin.


136 
İYİRMİ DÖRDÜNCÜ DƏRS 
SİQH AYİNİ (2) 
ƏQİDƏLƏRİ 
Bu dərsdə siqh ayininin ən mühüm ideoloji əsaslarını araşdırırıq: 
1. Tovhid: 
Keçən dərsdə qeyd olunduğu kimi, siqh ayininin banisi Nanak varlıq aləminin 
mənşəyi məsələsində tovhidə inanmış, öz yazı və şe'rlərində dəfələrlə bunu 
vurğulamışdır. Bu barədə Qrant kitabında oxuyuruq: “ - Yalnız vahid Allah vardır 
ki, onun adı haqdır, xaliqdir, qorxu və düşmənçilikdən uzaqdır, puç olmaz
doğulmamışdır, öz zatı ilə mövcuddur, əzəmətli və səxavətlidir. Vahid həqiqi Allah 
əvvəldən mövcud olmuşdur. Vahid Allah əzəldən olmuşdur, indi də vardır və 
həmişə olacaqdır.” Kitabın digər bir hissəsində isə deyilir: “ - Allah birdir və ondan 
başqa heç bir mə'bud yoxdur, ey mənim qardaşlarım!” 
Nanak həmçinin öz şe'rlərində Allaha xitabən belə deyir: “ - Sənin heç bir şərikin 
yoxdur ki, sənin yanında olsun”, “ - Kimə ikinci Allah deyək? Heç kəs yoxdur. Bütün 
dünyada yalnız eyibsiz və pak vahid Allah vardır”, “ - Sənə heç kəs bənzəməz. Sən 
bütün əsr və dövrlər üçün yeganə Allahsan, həmişə vahidsən. Səndən başqa heç vaxt 
başqa bir mə'bud olmayıbdır.” 
Nanakın öz təkallahlıq əqidəsində müsəlman sufi alimlərinin böyük tə'siri açıq-
aşkar hiss olunur. Onun Allahın zatı ilə əlaqədar söylədiyi fikirlər və Allahı haqq 
adlandırması da bu tə'sirlərin göstəricisidir. 
Nanak eyni halda ilahi təcəssümün müxtəlifliyinə və rəngarəngliyinə inanırdı. O, 
öz nəğmələrinin birində belə deyir: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin