141
İYİRMİ BEŞİNCİ DƏRS
TAO AYİNİ (1)
KÖKLƏRİ VƏ FƏLSƏFƏSİ
Tao ayini Çində buddizm və konfusionizm dinləri ilə bərabər geniş yayılmış,
qədim dövrlərdən indiyə qədər çoxlu ardıcılları olmuş mühüm dinlərdən biridir.
Buddizmlə tanışlıqdan sonra bu dərsdə Tao ayini qısa şəkildə şərh olunacaqdır.
TAO AYİNİN KÖKLƏRİ
1. Taonun leksikoloji və terminoloji mə'nası; Tao lüğət baxımından yol
və təriqət
mə'nasını daşıyır. Onun terminoloji mə'nası fəzilət yolu, əqidə və nəzəriyyədir. Onun
mə'nası “bir qanunun icra olunması”, “təlimat vermək”, “bəyan etmək” və “demək”
kimi də göstərilmişdir. Hər halda bu söz qədim Çin ədəbiyyatında olmuş, taoizm
nəzərdə tutduğu “ilahi yol”, yaxud “səmanın yolu” kimi mə'naları
da ona aid
etmişdir.
Buna görə də, bu sözü həmin məktəbin ixtiralarından hesab etmək olmaz.
Çinin ilkin və ümumxalq məzhəbində Tao fövqəladə və cadugərlik işlərini yerinə
yetirmək bacarığı ya qüdrəti mə'nasını buna əsaslanaraq daşımış. Hakimiyyətləri
əsasən cadugərlik üzərində qurulan padşahlar barəsində də işlədilmişdir. Tao
sözünün digər terminoloji mə'naları da vardır ki, bu bəhsin davamında onlardan söz
açılacaqdır.
2.
Tao məktəbinin aspektləri;
Tao məktəbi üç yönə - fəlsəfi, dini və sehrkarlıq
yönümünə malikdir. Bu üç yöndən hər biri özəl şəraitlərdə formalaşmış
və Çin
cəmiyyətində xüsusi rol ifa etmişdir. Əslində, Tao
məktəbini tam və kompleks
şəkildə öyrənmək üçün bu üç yönü öyrənmək lazımdır.
Dostları ilə paylaş: