SeyiD ƏHMƏd mahmudi /j


“ - Yaxşı bir insan heç vaxt azğın yollara düşməz. O, fəzilət və təqva qazanar



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə107/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   103   104   105   106   107   108   109   110   ...   200
Dinlərlə tanışlıq

“ - Yaxşı bir insan heç vaxt azğın yollara düşməz. O, fəzilət və təqva qazanar, 
dəyərli islər görüb toplayar. Bütün yaradılmışlarla mehribanlıqla rəftar edər. 
Özündən gənc qardaşlarına qarşı vəfalı və nəvazişli, özündən böyüklərə qarşı 
itaətkar olar. Əvvəlcə, özünün seçdiyi yolu islah edər ki, başqalarını da bu yolla 
dəyişdirib islah edə bilsin. Yetimlərə və dul qadınlara qarşı mehriban olar, 
qocalara ehtiram qoyar. Gənclərə qarşı tərbiyəçi rolunu ifa edər. Hətta 
həşaratlara, otlara və ağaclara belə zərər yetirməməlidir. O, başqalarının şər və 
yaramaz rəftarları müqabilində şəfqətlə davranmalı, onların fəzilət və


146 
alicənablığından sevincini bildirməlidir. Onlara düzgün və layiqli işlərdə kömək 
etməli, təhlükələrdən xilas etməlidir. Başqalarının qazandığı şeyləri onların öz 
qazanclarının hesabına qoymalı, əldən verdiklərini öz itkisi hesab etməlidir. 
Onların çatışmazlıq və nöqsanlarını üzə salmamalıdır (qeybət etməməlidir). Öz 
üstünlüklərini başa qaxmamalıdır. Belə bir insan şər işlərdən çəkinməli, 
müqabilində mə'nən yüksəlməli və yaxşı işlər görməlidir. Çoxunu camaata 
bağışlamalı, özünə az bir pay götürməlidir. Bir kimsədən dil yarası, yaxud söyüş 
eşidərsə, onu ikrah hissi olmadan qəbul etməli, vəziyyəti başa düşdüyünü deməklə 
öz şərafət və alicənablığını göstərməlidir. İnsanlara təmənnasız məhəbbət 
göstərməli, yaxşılıq etməli və peşman olmadan öz var-yoxundan başqalarına 
bağışlamalıdır. Məhz bu şəxsə yaxşı insan deyiləcəkdir. Bütün insanlar belə şəxsə 
hörmət edərlər. Göylər onu qoruyar. Səadət və mal-dövlət onun ardınca axıb gələr. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin