2. Bəxt və taleyə inamın dinə yönəlmənin səbəblərindən biri hesab etmək olarmı? 3. Dinə yönəlmənin əsas amilləri hansılardır? İkinci dərsdə insanın dinə yönəlməsi və Allaha e'tiqad bəsləməsi barədə olan üç
nəzəriyyə aydınlaşdırıldı. Bu dərsdə isə digər üç nəzəriyyə araşdırılaraq təhlil
olunacaqdır.
4. İQTİSADİ AMİL NƏZƏRİYYƏSİ: Bu nəzəriyyə marksizm ideologiyasında irəli sürülmüşdür. Marksizm ictimaiyyət
tarixində və cəmiyyətdə baş verən bütün dəyişiklikləri iqtisadi zərurətlərdən doğan
bir nəticə hesab edir. Bu ideologiyaya görə bəşəriyyət tarixi həqiqətdə sinfi
mübarizələr tarixindən ibarətdir ki, onlar da hər bir dövrdə və istehsal əlaqələrini və
münasibətləri nəticəsində meydana gəlmişdir. Marks və Engels deyir: “ - İndiyənədək mövcud olan ictimai tarix bütünlüklə sinfi mübarizələr tarixindən ibarətdir. Ağalar və qullar, feodallar və kəndlilər, burjuaziya və fəhlə sinfi və ümumiyyətlə istismar edən və istismar olunan siniflər daim bir-biri ilə ziddiyyətdə olmuş, sonu görünməyən çəkişmələrlə bə'zən gizlin, bə'zən də aşkar şəkildə mübarizə apararaq öz həyatlarını davam etdirmişlər; bu qarşıdurmalar bə'zən ictimaiyyətdə inqilabi dəyişikliklərlə nəticələnmiş, bə'zən də mübarizə aparan siniflərin hər ikisinin məhv olması ilə sona çatmışdır.” Bu nəzəriyyəyə əsasən, ictimai dəyişikliklərin əsas amili sinfi ziddiyyətlər və bu
zəmində aparılan mübarizələrdir. İctimai təbəqələşmənin özü də bir növ istehsal
münasibətlərindən irəli gəlir. Əmək alətlərinin inkişafı nəticəsində istehsal
münasibətlərində dəyişikliklər yaranır və bunun ardınca da tarixi zərurət olaraq
ictimai dəyişikliklər prosesi başlanır. Marksizm nəzəriyyəsinə görə iqtisadiyyat
cəmiyyətin bazisini təşkil edir; din, məzhəb və bu kimi ictimai dayaqlar da üst qurum
hesab olunur. Aydındır ki, hər bir cəmiyyətin üst qurumu hakim təbəqənin mənafeyi
əsasında formalaşır. Din də varlı sinfin mənafeyini qorumaq üçün hakim təbəqə
tərəfindən icad edilir. Bu yolla bir növ istismarçı qüvvələrin istismar olunan təbəqə
üzərindəki hakimiyyətinə zəmanət verilir və cəmiyyətdə əzilən kütlənin e'tirazına
son qoyulur. Lenin bu barədə deyir: “ - Din daima başqaları üçün çalışıb əziyyət