Mikadoya xitabən dedi: -Ey mənim övladım! Bu güzgüyə baxanda mənə baxdığını
zənn et. Ümidvaram ki, bu güzgü sənin üçün müqəddəs güzgü olacaq.”
Kuciki kitabında Amatrasondan belə nəql olunur: “ - Bu güzgüyə böyük diqqət və
ehtiram göstərin. Sanki o bizim əzəmətli ruhumuzdur, bizə hörmət etdiyiniz kimi
ona da hörmət edin.”
Şinto mə'budlarının simvollarına hörmət və onların qarşısında baş əymək kimi
mərasimlərinə, hədiyyə verilməsi və mə'budlar üçün maddi şeylərdən nəzirlər
yığılmasını da əlavə etmək olar. Bu nəzirlər adətən yeməkdən ibarət olur. Hətta, bə'zi
mə'lumatlara görə hər gün müəyyən qədər qida məhsulları, o cümlədən 4 fincan
şərab, 16 nəlbəki düyü, 4 nəlbəki duz, balıq, quş əti, meyvə və göyərti ilə birlikdə
“İse” mə'bədinə hədiyyə olunur. Bu hədiyyələrdən bə'ziləri hər il Cinunun (birinci
Mikadonun) qəbri üzərinə qoyulur.
161
Şinto ardıcılları yuxarıda qeyd olunan ritualları yerinə yetirməkdən əlavə, bə'zi
əməlləri də yerinə yetirməyə borcludurlar və bunlardan paklıq və təharətin adını
çəkmək olar. Daimi yuyunmadan və paklanmadan əlavə, ildə iki dəfə çayda və
dənizdə böyük paklanma mərasimi yerinə yetirilir. Belə ki, əvvəlcə hədiyyələr suya
atılır və sonra hamı suya girərək özlərini yumaqla böyük günah və cinayətlərdən
təmizləyir.
SUAL VƏ TAPŞIRIQLAR
1. Şintonun mə'nası nədir?
2. Şinto ayininə görə varlıqların müqəddəratı kimin əlindədir?
3. Şinto e'tiqadlarına əsasən Yaponiya və onun əhalisi necə yaradılmışdır?
4. İmperatora sitayiş Şinto ayinində hansı əqidəyə əsaslanır?
5. Nə üçün Şinto ayini ardıcılları digər dinlərin də ardıcılı ola bilərlər?
6. Şintonun müqəddəs kitablarının adları nədir?
Şinto ayinində baş verən dəyişiklikləri bəyan edin.
Şinto dininin ən mühüm mərasiminin adını qeyd edin.
|