3. SİAYSİ DƏYİŞİKLİKLƏR
Dördüncü dərsdə qeyd olundu ki, İsgəndərin İrana həmləsindən sonra zərdüştilik
rövnəqdən düşdü, Avestanın yeganə nüsxəsi də yandırıldı. Amma Əşkanilər
silsiləsinin tə'sis olunmasının ardınca, Avestanın yenidən bir yerə yığılıb kitab halına
salınması başlandı və bundan sonra Zərdüşt dini yenidən dirçəlməyə başladı. Bu
rövnəq Sasanilər dövlətinin tə'sis olunması və Zərdüştliyin ölkənin rəsmi məzhəbi
kimi e'lan olunmasından sonra bir neçə dəfə yüksəldi. Sasani
185
şahları mubədlərə geniş imkanlar verib, sair məzhəb ardıcılları ilə pis rəftar etdilər.
Zərdüşt ruhanilərinin tə'siri altında camaatı öz məzhəblərini tərk etməyə və bu dini
qəbul etməyə məcbur etdilər. Digər tərəfdən də zərdüşt mubədlərinin səltənət
aparatında əldə etdikləri hədsiz mövqelərə görə cəmiyyət sinfi ziddiyyətlərə düçar
oldu; camaatın dini rəhbərliyə qarşı narazılıqları artdı. Bu da İran xalqlarının İslam
dininə üz gətirməsinin əsas amillərindən biri idi. Belə ki, qısa bir müddət ərzində
camaatın əksəriyyəti islamı qəbul etdi və o zamandan indiyə qədər zərdüştlər İran
xalqları arasında azlıq təşkil edən dini qurum kimi öz həyatlarını davam etdirirlər.
SUALLAR
1. Sepentminu və Əngireminunun rabitəsi Sənəviyyani Məzdai firqəsi nəzərindən
necədir?
2. Nə üçün Məsxiyyə firqəsi belə adlanmışdır?
3. Zərvan nə deməkdir və zərvaniyyə firqəsinin əqidəsi nədən ibarətdir?
4. Manvi əqidəsi nədir?
5. Məzdəki ayininin ən mühüm əqidəsi nədir?
6. Nə üçün İslam dini Zərdüştiliyə qalib gəldi?
OTUZ ALTINCI DƏRS
BƏNİ-İSRAİL QÖVMÜ
Yəhudi dini Bəni-İsrail qövmünə mənsub edilir və bu qövmdən olan həzrət Musa
(ə) Bəni-İsrail arasında peyğəmbərliyə seçilmişdi. Həzrət Musa (ə)-ın be'sətinin
tarixi şəraitlərini və yəhudi şəriətinin tə'sis olunmasını aydınlaşdırmaq üçün bu
qövmün tarixinə qısa bir nəzər salmaq zəruridir.
Bəni-İsrail İbrani və Sami irqindəndir. İbranilər ilk əvvəldə Ərəbistan
yarımadasının şimalındakı səhralarda, Şam diyarının ətrafında köçəri həyat tərzi
sürürdülər. Onların əqidələri sair bədəvi ərəblər kimi fetişizm və animizm olmuşdur.
Həzrət İbrahim (ə) tövhid dininin əsasını qoyana qədər onlar bir neçə allaha
inanırdılar.
Bə'zi tədqiqatçıların fikrincə, İbrami ləqəbini Kənanilər həzrət İbrahim (ə) Kənana
daxil olduqdan sonra ona və onun ardıcıllarına vermişdilər. Çünki «İbrani» sözü
«əyn», «bey» və «re» kökündən olub «keçmək» mə'nasındadır. Həzrət İbrahim (ə)
Kənan diyarına çatmaq üçün Fərat çayından keçdiyinə görə ona bu ləqəb verilmişdi.
Həzrət İbrahim (ə) qoca yaşlarında iki övlad sahibi oldu; biri İsmail digəri isə
İshaq. İshaqın iki ekiz oğlu oldu ki, birinə İsu (çox tüklü deməkdir) adı qoyuldu;
çünki dünyaya gələndə onun bədəni tüklü idi. İkinci oğlu isə Yə'qub adlandırıldı.
Yə'qub isə tə'qib edən mə'nasındadır; çünki birinci övladın ardınca doğulmuşdu.
Həzrət Yə'quba Tövratda qeyd olunan bir xurafatçı hadisə əsasında yə'ni, Allahla
güləşmək (nəuzibillah) məsələsində İsrail ləqəbi verildi; yə'ni, qəhrəmana qalib
gələn bir şəxs. Həzrət Yə'qubun on iki oğlu oldu ki, onların nəsli Bəni-İsrailin on iki
tayfasını təşkil edir.
Eramızdan əvvəl, təqribən 17-ci əsrdə həzrət Yə'qub əhli-əyalı ilə birlikdə
Kənanda quraqlıq olduğuna görə Misirə köçmüşdü. Misirdə Yə'qubun oğlu Yusif
oranın baş vəziri olmuşdu. Buna görə də Yə'qub və onun ailəsi orada çox hörmətlə
qarşılandı; onlarla layiqli tərzdə rəftar edilərək əkinçilik üçün çox yararlı, münbit
torpaq sahələrini onların ixtiyarında qoydular. Məhz bu dövrlərdə Bəni-İsrail on iki
tayfaya bölündü. Lavi, yaxud Levi qəbiləsi həzrət Musa, Harun, Məryəm və İsanın
mənsub olduğu on iki tayfadan biridir.
Bəni-İsrail tayfaları uzun illər Misirdə çox əzizlənib firavanlıqla yaşadılar və çoxlu
sərvət toplaya bildilər. Onların çoxu yüksək hökumət məqamlarında idilər. Amma
Misir fir'onları istilaçı qövm olan Higzus qövmünə qələbə çaldıqdan və onları öz
diyarlarından qovduqdan sonra Bəni-İsrail illə çox pis rəftar etməyə başladı; çünki,
Bəni-İsrail onların nəzərində qəribə və yad sayılırdı. Onlarla higzuslarla olduğu kimi
çox da qəddar rəftar etmirdi, amma hər bir halda qibtilər arasında yadlarla mübarizə
ruhiyyəsinin icad olunması Bəni-İsraillə münasibətin dəyişməsinə səbəb oldu.
Qur'ani-Kərimin bəyan etdiyi kimi, misirlilər Bəni-İsrail
186
187
tayfalarına çoxlu zülmlər edir, onlara işgəncələr verirdilər. Onların oğlanlarını
öldürür, qadınlarını özləri üçün saxlayır və onları qul kimi işlədirdilər
.
Bəni-İsrail qövmü uzun müddət çox ağır vəziyyətdə fir'onların amansız zülmləri
altında yaşayırdılar və Fir'ona sitayiş etməyə məcbur edilirdilər. Nəhayət, Allah-
taala həzrət Musanı (ə) onların arasından peyğəmbərliyə seçdi, tövhid dininə də'vət
edərək, onları vahid bayraq altında birləşdirdi və Fir'ona pərəstiş etməkdən xilas etdi.
Sonra onları və'də verilmiş diyara getmək üçün Misirdən çıxartdı. Amma Bəni-İsrail
Sina səhrasına çatdığı zaman oraya daxil olmaqdan imtina edərək, Musaya dedilər:
“Bu şəhərdə zalım bir qrup vardır. Nə qədər ki, bu qövm orada hakimdir, biz oraya
daxil olmayacağıq.” Onlar Musadan istədilər ki, Allahının köməyi ilə zalımlarla
müharibə etsin ki, ondan sonra oraya daxil olsunlar. Buna görə də Allah-taala onlara
qəzəb etdi, müqəddəs diyara daxil olmağı qırx il müddətində onlara haram etdi və
onları səhralarda sərgərdan qalmağa məhkum etdi.
Bəni-İsrail qövmü biyabanlarda sərgərdan qaldığı qırx il müddətində öz
üsyankarlıqlarını və bəhanə axtarmaqlarını davam etdirdilər; halbuki Allah-taala
onlara buludlardan və dağlardan kölgələnəcək vermiş, “mənn” və “səlva” (çörək və
qızardılmış toyuq) kimi xoşagələn yeməkləri onlar üçün müqəddər etmişdir. Həzrət
Musa (ə) ümmətinin susuzluğu üçün Allahdan su istədikdə, Allah-taala ona öz
əsasını daşa vurmağı əmr etdi. Əsanı daşa vurduqda Bəni-İsrail tayfalarının sayı
qədər, yəni onlar üçün on iki çeşmə qaynadı ki, hər biri bir çeşməni öz ixtiyarlarında
saxlasın və su üstündə bir-birləri ilə dava etməsinlər. Amma bütün bunlara
baxmayaraq, Bəni-İsrail qövmü yenidən irad tutmağa başlayıb Musa (ə)-a dedilər ki,
biz eyni növdən olan bir qida ilə kifayətlənə bilmərik. Allahdan istə ki, bizim üçün
yerdən paxla, dənli bitkilər, xiyar, sarımsaq, mərci və soğan göyərtsin.
Həmin dövrdə Musa (ə) Allahla qırx gecə-gündüz danşımaq üçün Tur dağına
getmək qərarına gəldikdə, Harunu öz yerinə canişin qoydu. Bəni-İsrail Samirin
hiylələrinə aldandılar və Musanın tövhid dinini buraxıb danaya sitayiş etməyə
başladılar.
Bəni-İsrail qövmü qırx il səhrada qaldı və həzrət Musa da orada dünyadan köçdü.
Amma yəhudilər razı oldular ki, gözəl mənzərələrə, səfalı yerlərə malik olan Fələstin
diyarına varid olmaq üçün öz düşmənləri ilə müharibəyə başlasınlar; nəhayət onlar
zor və qüdrət işlətməklə və'də verilmiş ərazi adlanan bu diyara daxil olub, oranı öz
ixtiyarlarına keçirtdilər. Bu dövrdə Bəni-İsrail peyğəmbərləri bu qövmün hidayətini
öhdəsinə almış, Harun, Davud və Süleyman kimi qüdrətli hakimlərin hakimiyyəti
altında yaşamışdılar. Nəhayət Babilin məşhur padşahı Buxtunnəsər miladdan
təqribən 600 il əvvəl Fələstini işğal etmək üçün oraya qoşun yeritdi və Beytul-
müqəddəsi fəth etdi. Yəhudi qövmü ona itaət etməkdən imtina etdikləri zaman,
Buxtunnəsər onlara divan tutdu. O, həddən artıq yəhudi qətlə yetirdikdən, səltənət
xəzinələrini və mə'bədlərini qarət etdikdən sonra onların sərvətlilərindən və
sənətkarlarından on min nəfərdən artığını əsir edib
188
Babilə apardı və öz tərəfindən Fələstinə bir nümayəndə tə'yin etdi. Amma on il sonra
Buxtunnəsərin nümayəndəsi istiqlaliyyət əldə etmək fikrinə düşdü. Nəticədə
Buxtunnəsər ikinci dəfə güclü bir qoşunla Fələstinə hücum etdi və yəhudiləri kütləvi
şəkildə qırmağa başladı; şəhəri, xüsusilə mə'bədləri və yəhudilərin dini mərkəzlərini
dağıtdı. Bu hadisə nəticəsində Tövratın müxtəlif nüsxələri və yəhud dininin
müqəddəs kitabının saxlandığı şəhadət tabutu, yaxud müqəddəs sandıq məhv edildi.
Yəhudi qövmünün yerdə qalanları əsir olaraq Babilə aparıldı və əlli il müddətində
orada əsarətdə yaşadılar. Bu dövrdə öz dini kitablarından və xüsusi mə'bədlərindən
istifadə edə bilmədilər. Nəhayət miladdan 530 il qabaq İran şahı və Həxamənişiyan
sülaləsinin başçısı Kuruş Kəbir Babilə həmlə edərək Kildanilər səltənətinin kökünü
kəsdi; Babili fəth etdi və yəhudi əsirlərini əsarətdən xilas etdi. Yəhudilər Kuruşun
gördüyü tədbirlər nəticəsində İrana və iranlıların əqidəsinə meyl göstərdilər.
Onlardan bir qurupu İrana gəldi. Kuruş böyük hörmət sahibi olan, hamının diqqət
yetirdiyi Üzeyir adlı yəhudi alimini yəhud qövmünə rəis tə'yin etdi və ona icazə verdi
ki, yəhudilər üçün yeni bir dini kitab yazsın. Üzeyir miladdan 457 il qabaq
yəhudilərdən bir qurupu ilə Fələstinə qayıtdı; orada yəhudi alimlərinin həmkarlığı
ilə Əhdi-ətiqi yazmağa başladı. Yəhudilərin hal-hazırda müqəddəs kitabı adı ilə
tanınan məcmuə, Üzeyir tərəfindən toplanıb bir yerə yığılan həmin kitabdır.
Əzra adlanan Üzeyir barəsində Qur'ani-kərimdə qeyd olunub. Belə ki, o, xarab
olub dağılmış bir kənddən keçəndə heyrətlə sual etdi ki, Pərvərdigara! Ölüləri necə
dirildəcəksən? Allah-taala onu yüz il müddətində ölü vəziyyətində saxladı və sonra
dirildib buyurdu: “Nə qədər yatmışdın?” Cavab verdi: “Bir gün, yaxud yarım gün.”
Allah-taala buyurdu: “Xeyir. Sən yüz il yatmısan. Sən öz yeməyinə və içməyinə bax;
onlar hələ də xarab olmamışdır. Öz ulağına bax (o, ölmüşdü və sümükləri bir-
birindən aralanıb dağılmışdı) ki, biz Səni camaat üçün ayə və nişanə qərar veririk.
Sonra sümüklərə bax; gör ki, Biz onları bir-birinə necə yapışdırıb ətə bürüyürük.
Qur'ani-Kərimin başqa ayələrində Allah-taala yəhudi qövmünün sözlərini nəql edir
ki, onlar Üzeyiri Allahın oğlu kimi tanıtdırdılar və Allah bu işlərinə görə onları
lə'nətləyir.
Dostları ilə paylaş: |