SeyiD ƏHMƏd mahmudi /j


«...Musanın bacısı Fir'on əhlinə belə dedi: «Sizin adınızdan (o uşağa) zamin



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə144/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   140   141   142   143   144   145   146   147   ...   200
Dinlərlə tanışlıq

«...Musanın bacısı Fir'on əhlinə belə dedi: «Sizin adınızdan (o uşağa) zamin 
olub yaxşı baxacaq və ona qarşı xeyirxah olacaq ev adamlarını sizə nişan 
verimmi?» 
Fir'onun həyat yoldaşı bunu qəbul etdi. Musanın bacısı xəbəri anasına çatdırdı. 
O, Fir'onun qəsrinə gəlib övladını qucağına aldıqda, Musa anasının döşünü alıb süd 
yeməyə başladı. Fir'onun həyat yoldaşı çox sevindi və Musanı öz anasına qaytardı 
ki, onu böyütsün və vaxtaşırı onu görmək üçün qəsrə gətirsin. Allah-taala Musaya 
xitabən belə buyurur: 
«...Artıq (salamat qalmağına görə) gözü aydın olsun və kədərlənməsin deyə, 
səni anana qaytardıq.» 
Musanın südəmərlik dövrü belə bir şəraitdə keçdi. Sonra onu Fir'onun qəsrinə 
qaytardılar; uzun illər orada yaşayıb boya-başa çatdı. 
CAVANLIĞI VƏ AİLƏ QURMASI 
Musa (ə) cavanlıq dövründə bir gün Misir əhalisindən xəbərsiz şəhərə daxil oldu. 
Şəhərin bir yerində iki nəfərin bir-birilə dava etdiyini gördü. Onlardan biri Bəni-
İsraildən, digəri isə Musanın düşmənlərindən idi. Bəni-İsraildən olan şəxs Musadan 
kömək istədi; Musa onun köməyinə tələsdi və ona elə bir güclü zərbə vurdu ki, 
həmin şəxs yıxılıb öldü. Musa (ə) qorxuya düşdü və düşməndən ehtiyatlanmağa 
başladı ki, qətl işinə görə tutub onu öldürməsinlər. Bəni-İsraildən olan həmin kişi 
yenidən Musanı köməyə çağırdı. Musa onu vurmaq istəyəndə Fir'onun qəbiləsindən 
olan qibti kişi dedi: “Məni də dünənki kişi kimi vurub öldürmək istəyirsənmi?” Musa 
başa düşdü ki, hamı onun qatil olduğunu anlamışdır. Bu zaman bir kişi gəlib dedi: 
“Fir'onun ətrafındakılar şura təşkil edərək, səni qətlə yetirmək qərarına gəliblər. Tez 
bir zamanda şəhərdən çıx. Musa bunu qəbul etdi və canını qorumaq üçün Misiri tərk 
etdi; Mədyən şəhərinə doğru yola düşdü. Mədyən şəhərinin kənarında bir quyu 
vardı; camaat oradan həm qoyunlarını suvarmaq üçün və həm də özləri istifadə 
edirdilər. Musa həmin


192 
quyunun yanında istirahət etdiyi zaman görür ki, camaat su çıxarmaq üçün izdiham 
yaratmışlar; suyun kənarında iki qız uşağı da dayanmışdı. Musa onlardan soruşdu: 
“Burada nə edirsiniz?” Dedilər: “Buraya qoyunlarımızı suvarmaq üçün gəlmişik; 
gözləyirik ki, camaat qayıtsın, ara sakitləşsin və biz də irəli gedək. Atamız qoca 
kişidir, ona görə də bu işi biz özümüz görürük.” 
Musa irəli gəlib qızların qoyunlarını suvardı və istirahət üçün kölgəyə çəkildi; bu 
zaman Allahdan kömək və yardım istədi. 
Musa istirahətə məşğul olduğu zaman gördü ki, o qızlardan biri tam həya və 
vüqarla qayıdıb dedi: “Atamız istəyir ki, qoyunlarımızı suvardığına görə sənə 
mükafat versin.” Musa onların atasının yanına gəldikdə - yə'ni, həzrət Şüeybin 
yanına - başına gələn əhvalatı nəql etdi.” Şüeyb (ə) da ona toxtaqlıq verib dedi: “Mən 
iki qızımdan birini sənə ərə vermək istəyirəm və sən də əvəzində (mehriyyə olaraq) 
səkkiz il (əgər istəsən on il) işlərimdə mənə yardımçı olarsan.” 
Musa bu işi böyük məmuniyyətlə qəbul etdi və on il Şüeyb (ə)-ın yanında xidmətçi 
oldu. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin