PEYĞƏMBƏRLİYƏ ÇATMASI Musa (ə)-ın Şüeybə on illik xidmət vaxtı sona çatdıqdan sonra öz ailəsini götürüb
ana vətəninə qayıtmaq fikrinə düşdü; bu məqsədlə Tur dağına tərəf yollandı. Tur
dağına yaxınlaşan zaman dağdan şö'lənən bir od gördü. Həyat yoldaşına dedi: “Sən
burada qal, mən baxım görüm orada şölənən od nədir?! Bəlkə ondan bir az gətirim,
yaxud onun nə olduğunu öyrənim?
Lakin Eymən vadisinə çatanda, o mübarək vadiyə yetişdikdə müqəddəs ağacdan
belə bir səda eşitdi:
“Ey Musa! Mənəm yeganə olan Allah, aləmlərin Pərvərdigarı!”
Qeybdən gələn həmin səs Musaya əsanı yerə atmağı əmr etdi! Musa əsasını yerə
atdıqda dəhşətli bir əjdahaya çevrildi ki, hər tərəfə hərəkət edirdi. Sonra Allah-taala
ona xitabən buyurdu: “Qorxma, onu tut! Əvvəlki halına qayıdacaqdır.”
Sonra Allah-taala ona əlini qoltuğuna salıb çıxarmağı əmr etdi. Bu zaman o, əlinin
çıraq kimi parladığını gördü.
Allah-taala iki mö'cüzəni Musanın ixtiyarına verdikdən sonra, onun
peyğəmbərliyə seçildiyini buyurdu. Daha sonra ona tüğyançılıq yolunu tutan Fir'ona
doğru getməsini əmr etdi. Musa Allahdan səbr, hövsələ, işlərdə asanlıq və dilindəki
düyünlərin götürülməsini istədi. Həmçinin qardaşı Harunu ona vəzir və köməkçi
tə'yin etməsini istədi. Allah-taala Musanın istəklərini qəbul etdi. Bu dəfə Musa və
Harun birlikdə Fir'onun yanına getmək istədilər. Çünki o, tüğyançılıq edirdi.
Qur'ani-kərimdə oxuyuruq:
«Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!»
193
SUALLAR 1. Fir'onun ətrafındakılar Musanın qoyulduğu sandığı tapdıqda nə etdilər?
2. Həzrət Musa hansı şəraitdə anasına qaytarıldı?
3. Həzrət Musa necə oldu ki, Şüeybin kürəkəni oldu?
4. Həzrət Musa nə vaxt və necə peyğəmbərliyə seçildi?
5. Həzrət Musanın mö'cüzələri hansılardır?
6. Həzrət Musanın ilk peyğəmbərlik vəzifəsi nə idi?