196
Buna əsasən, Musanın bəyan etdiyi Allahın məhz İbrahim tərəfindən təqdim
olunan yeganə Allah olması barədə heç bir ixtilaf nəzərə çarpmır. Amma əsas məsələ
bundan ibarətdir ki, görəsən Tövratda «Yəhuva» adlandırılan Allah, Qur'anda Əhəd
və Səməd kimi vəsf olunan yeganə Allahdırmı? «Yəhuvə» kəlməsinin kökü və onun
necə tələffüz olunması barədə din tarixçiləri və tədqiqatçılar arasında
çoxlu
mübahislər baş vermişdir. Bə'ziləri aşkar şəkildə demişlər ki, onun əsil və düzgün
tələffüzü «Yəhüvəh» kimidir. Çünki həzrət Musa Bəni-İsrailə öyrətmişdir ki, tə'zim
və ehtiram əlaməti olaraq, Allahın həqiqi adını işlətməsinlər; Allahın adını çəkmək
lazım olduqda, kinayə və işarədən istifadə etsinlər. Bu tə'bir sonralar dəyişilərək
«yəhvəh» formasına düşmüşdür. Əlbəttə, hazırda müqəddəs kitabda bu kəlmə
«yəhuvə» kimi yazılıb tələffüz edilir. Alimlərdən bə'ziləri isə onun «həyat»
kökündən alındığını və «o kəs ki, vardır» mə'nasına
yozulduğunu deyirlər; bu
ehtimalın düzgün olmasının əlaməti «ehyəh» (varam) və «ehyəh işrahiyəh» (varam
o kəsəm ki, varam) tə'biridir ki, Tövratın müxtəlif ayələrində «Ləfzi Cəlalə»nin
əvəzində işlədilmişdir. Ümumiyyətlə, hər yerdə «yəhuvəh» Musanın və Bəni-İsrailin
Allahı kimi işlədilmişdir. Amma burada iki məsələni xatırlatmaq yerinə düşərdi:
Birincisi budur ki,
Tövrat aşkar şəkildə deyir ki, yeganə Allah yalnız Musanın
yanında «yəhuvəh» adı ilə tanınan varlıqdır; bundan əvvəl İbrahimin, İshaqın və
Yə'qubun yanında mütləq qadir adı ilə tanınan Allahdır. «Və Allah Musaya xitab
etdi, ona dedi: Mən Yəhuvəhəm. İbrahim, İshaq və Yə'quba mütləq Allah adı ilə
zahir oldum. Amma Yəhuvəh adımla onların nəzərində tanınmadım.»
İkincisi bundan ibarətdir ki, Tövrat müəyyən sifət və xüsusiyyətləri Yəhuvəhə
mənsub edir ki, Allah bu kimi xüsusiyyətlərdən pak və münəzzəhdir.
Onlardan
bə'ziləri bəşər sifətləridir ki, Allaha aid edilir:
«Musa, Harun, Nadab, Əbihu və İsrailin məşhur şəxsiyyətlərindən 70 nəfərlə
birlikdə yuxarı çıxdı və İsrailin Allahını gördülər. Onun ayaqlarının altı göy yaqut
kimi şəffaf və asimanın zatı kimi saf idi; Bəni-İsrail sərvərlərinə öz əlini qoymadı,
onlar Allahı gördülər, yedilər-içdilər.
Başqa yerlərdə isə Allah Musaya xitab edib deyir: “Bəni-İsrailə əmr et ki, Onun
(Allah) üçün müxtəlif hədiyyələr gətirsinlər. (O cümlədən qızıl, gümüş, düyü, lil,
ərğəvan, nazik kətan, xəz dəri və s.) Sonra buyurur: «Mənim üçün müqəddəs bir
məqam düzəltsinlər ki, onların arasında olum».
Yəhuvəh digər bir yerdə xətakar şəxs kimi tanıtdırılır. Guya o, öz əməllərindən
peşiman olur:
«Allah “Öz qövmünə çatdır” deyə - buyurduğu pislikdən qayıtdı». Başqa bir yerdə
oxuyuruq: «Allahın kəlamı Səmuilə nazil oldu: «Mən
peşiman oldum ki, Şaiulu
(tağutu) padşah etdim. Çünki mənə tabe olmaqdan üz çevirmiş, mənim kəlamımı
yerinə yetirməmişdir». Buna əsasən aydın olur ki, müqəddəs
kitab təhrif olunan
zaman ilahi həqiqət müəyyən dəyişikliklərə mə'ruz qalıbdır.
197
Əlbəttə, bu məsələ Bəni-İsrail qövmünün tövhiddə törətdikləri inhirafçı keçmişə
diqqət yetirməklə də aydın olur. Çünki, Musa qısa müddətli qeybə çəkildiyi zaman,
bu qövm dərhal danaya pərəstiş etməyə başladılar. Bəni-İsrail peyğəmbərlərinin
çoxluğu da göstərir ki, bu qövm tövhid yolundan azmağa və şirk bataqlığında qərq
olmağa daha çox meyilli olmuşdur.
Dostları ilə paylaş: