214
QIRX ÜÇÜNCÜ DƏRS
YƏHUDİ FİRQƏLƏRİ
Yəhudilər sair xalqlar kimi müxtəlif firqə və quruplara bölünmüşdür. Yəhudi
qövmü arasında təfriqənin ən ümdə amili yəhudi dininin şifahi tə'limlərinə
(Təlmuda), eləcə də Əhdi-qədimə (Ətiqə) artırılan risalələrə e'tiqad bəsləyib-
bəsləməməklə əlaqədardır. Eləcə də axirət aləminə e'tiqad bəsləmək və ya
bəsləməmək yəhudilərin firqələrə ayrılmasının digər bir amili hesab olunur.
Bu dərsdə yəhudi firqələrinin ən mühümlərini bəyan edəcəyik.
1. FƏRİSYUN
«Fərisyun»
kənara çəkilənlər, ayrılanlar mə'nasındadır. Bu ad həmin firqəyə
müxaliflər tərəfindən verilmişdir. Amma bu firqənin ardıcılları özlərini «Əhbar»
yə'ni, rəfiqlər
və dostlar, yaxud Rəbbanilər adlandırırlar.
Bu firqənin ardıcılları inanırlar ki, Tövratın hamısı əzəl gündən xəlq olunmuş və
Musaya nazil olan müqəddəs lövhələrdə yazılmışdı. Buna əsasən, həzrət Musanın
əsrindən sonra Tövratın yenidən yazılması həmin yazıların təkrar olunması kimidir.
Fərisyunların nəzərinə görə, Tövrat təklikdə müqəddəs kitabın hamısı deyil, əksinə
Təlmud da müqəddəs kitabın bir hissəsidir. Fərisyunun nəzərincə, yəhudi xaxamları
mə'nəvi hakimiyyətə və ismət məqamına sahibdirlər; onların danışıqları
Allah
tərəfindən ilham olunur. Həmçinin deyirlər ki, hər bir mö'min xaxamların kəlamını
şəriət hökmü kimi qiymətləndirməlidir. Çünki onların sözləri Allahın buyuruğudur.
Buna əsasən, əgər xaxam sağ əlim sol əlimdirsə desə, yaxud bunun əksinə söyləsə,
onu təsdiq et və onunla mübahisə etmə.
Fərisyun axirət aləminə, məhşərə, ölülərin dirilməsinə və qiyamət gününə e'tiqad
bəsləyir. Onlar inanırlar ki, ölüb dünyadan getmiş saleh şəxslər də Məsihanın qiyamı
zamanı diriləcəklər ki, o həzrətin xidmətində olsunlar. Fərisyunlar qurbanlıq
ayinlərinə inanmırlar və onların əksəriyyəti zöhd və sufilik halında yaşayır,
izdivacdan qaçırlar.
Fərisyun İncildə həzrət İsa (ə)-ın ən qatı düşmənləri
kimi təqdim olunaraq,
Qeysərin yanında bədbinlik icad edən amil və İsa (ə)-ın dara çəkilməsi ilə
nəticələnən bütün məkrli planların səbəbkarı hesab olunurlar.
Dostları ilə paylaş: