SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə158/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   154   155   156   157   158   159   160   161   ...   200
Dinlərlə tanışlıq

2. SƏDUQİYYUN 
Bu firqə həzrət Süleymanın zamanında böyük kahin olan Səduq, yaxud eramızdan 
əvvəl üçüncü əsrdə yaşamış həmin adda başqa bir kahinə mənsub edilir. Deyirlər ki, 
Səduq, Üzeyiri Allahın oğlu kimi təqdim edən şəxsdir ki, Qur'anda da buna işarə 
edilir. 


215 
Səduqiyyun şifahi tə'limlər olan Təlmuda e'tiqad bəsləmir və inanırlar ki, bu kitab 
Fərisiyyun alimləri tərəfindən yazılmışdır və müqəddəs kitab deyildir. 
Səduqiyyunun Fərisiyyunla olan ixtilaflarından digəri səduqilərin qiyamətə, axirət 
həyatına, qiyamət gününün hesab-kitabına, behişt və cəhənnəmə e'tiqad 
bəsləməməsidir; onlar inanırlar ki, insanlar bütün işlərin mükafat və cəzasını məhz 
bu dünyada görəcəkdir. Əgər yaxşı iş sahibi olarsa, xeyir və bərəkətlə bu həyatdan 
mükafat alır, əgər çirkin işlər görərsə, müsibətlərə, acınacaqlı hallara giriftar olar. 
Səduqiyyun mələklərin və şeytanın varlığına, ilahi qəza və qədərə, və'də verilən 
Məsihaya da inanmırlar. 
Səduqiyyun ictimai rəftarda da Fərisiyyunla fərqlənirlər. Çünki Səduqiyyun 
müxtəlif millətlər və sair din ardıcılları ilə dostluq rabitələrinin bərqərar edilməsinə 
inanırlar. Halbuki, Fərisiyyun yəhudilərdən başqasına düşmən gözü ilə baxır, hətta 
sair yəhudi firqələrinin ardıcıllarına da mənfi hisslərlə yanaşırlar. 
3. SAMİRİYYUN 
Bu yəhudi qurupu Fələstinin şimalında yerləşən Samirə şəhərində məskunlaşmış 
və hal-hazırda da Nablos şəhərində yaşayırlar. Onlar bu şəhəri müqəddəs şəhər və 
Süleymanın mə'bədinin yeri hesab edir, öz qiblələrini o istiqamətdə qərar verirlər. 
Samiriyyun Allah-taalanın vəhdətinə, Musanın nübüvvətinə və axirət aləminə e'tiqad 
bəsləyirlər. Onlar müqəddəs kitabın məcmusundan yalnız Tövrata (beşlik təşkil edən 
sifrlərə) Yuşenin səhifəsinə, davərlər kitabına inanır, Əhdi-ətiqin qalan hissəsini və 
Təlmudu rəsmi olaraq qəbul etmirlər. Bu firqə Musadan sonrakı peyğəmbərlərin 
nübüvvətini və Yuşeni qəbul etmir, özlərini Yə'qub övladlarının varisləri və Tövratın 
himayədarları adlandırırlar. 
4. İSİNİYYUN 
Bu firqə miladdan dörd əsr qabaq yaranmış, e'tiqad və adət-ən'ənlərində sair yəhudi 
firqələri ilə əsaslı fərqlərə malikdir. Onların sair yəhudi firqələri ilə olan 
ixtilaflarından biri də qurbanlığı, hədiyyələri və nəzrləri haram hesab etmələridir; 
halbuki bu məsələ sair yəhudi firqələrinin ən mühüm ibadətidir və Lavinyan sifri 
əsas e'tibarı ilə bu mövzuya məxsusdur. Amma digər tərəfdən qüsl və paklanmağa


216 
çox tə'kid edirlər. Buna görə də onlar İsiniyyun adlandırılmışdır; onun mə'nası 
pakizələr və qüsl edənlər deməkdir. 
Bu firqənin ardıcılları bir qövmün başqa bir qövmə üstün olması və irqli fərqlərə 
inanmırlar və bütün qövmlər arasında bərabərliyə qaildilər. Onlar inanırlar ki, 
insanlar daimi sülhdə olmalı, zülm, təcavüzkarlıq və müharibədən uzaq yaşamalıdır; 
bu firqənin fərdi və xüsusi mülkiyyətə də e'tiqadı yoxdur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin