SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə164/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   160   161   162   163   164   165   166   167   ...   200
Dinlərlə tanışlıq

ƏQİDƏLƏRİ 
Sabeiilərin ən müqəddəs kitabı sayılan Kənzarubadan belə aydın olur ki, onlar 
təkallahlıdırlar və Allahı da sair tövhidçi ayinlərin vəsf etdikləri sifətlərlə tə'rif 
edirlər; sair tövhidçilər kimi, onlar da Allahı hər cür çirkinliklərdən uzaq və 
eyblərdən pak bilirlər. Sabeiilər iki aləmə - Nur və Zülmət aləminə inanır və deyirlər 
ki, xilqətin yaradılışında və idarə olunmasında bir çox ruhani və nurani varlıqlar 
Allaha kömək edirlər. Onlar inanırlar ki, ilin hər günü bir nurani və ruhani vücudun 
cilvəsidir. Buna görə də ilin hər günü üçün bir nurani varlıq olduğuna inanırlar. 
Sabeiilər fələklərə, ulduzlara və on iki bürcə xüsusi əzəmət və ehtiram göstərirlər. 
Sabeii ardıcıllarının ulduza pərəstiş etmələri və şirkə yuvarlanmaları da məhz 
buradan başlanmışdır. Yə'ni, ulduzlara tə'zim və ehtiram məsələsi getdikcə öz yerini 
ulduzların təqdis və pərəstişinə vermişdir. 
Sabeiilərin ruhani məada, hesab-kitaba və əzaba e'tiqadları vardır və inanırlar ki, 
salehlər öldükdən sonra nurlar aləminə (behiştə), günahkarlar isə zülmət aləminə 
(cəhənnəmə) varid olacaqlar. Kitab sahibi olan peyğəmbərlər sabeiilərin nəzərində 
aşağıdakılardır: Adəm, Sam, Ram, İbrahim, Musa və Yəhya. 


225 
AYİNLƏR VƏ HÖKMLƏR 
1. Tə'mid: Qüsl və təharət sabeii şəriətinin əsasını təşkil edir və buna görə də 
müxtəlif hallarda və vaxtlarda verilən Tə'mid qüslü sabeiilərin ən mühüm vəzifəsi 
hesab olunur. “Kamil” tə'mid qüslünün ən mühüm növüdür ki, izdivac, təvəllüd, 
məss-meyyit və sair işlər zamanı kahinin əli ilə yerinə yetirilməlidir; heyz, nifas, 
cənabət və eləcə də böyük günahlar, o cümlədən oğurluq, zina, qətl işlərindən sonra 
verilməlidir. 
2. Namaz: Sabeiilər gün ərzində üç dəfə cənub istiqamətində namaz qılırlar. 
Birinci namaz səkkiz rəkətdir və hər rəkətdə üç səcdə vardır; bu namaz günəş 
çıxmazdan əvvəl yerinə yetirilir. İkinci namaz günorta vaxtı qılınır ki, hər rəkətin üç 
səcdəsi vardır. Üçüncü namaz da ikinci namaz kimidir və günəş batan zaman qılınır. 
3. Oruc: Sabeiilər oruc tutmağa (yemək və içməkdən çəkinmək kimi olan oruca) 
inanmırlar və onu allahın halal etdiyi şeyi qadağan etmək kimi qiymətləndirirlər. 
Amma müsəlmanlarla qarışdıqlarına görə zahirdə oruc tuturlar. Onlar orucu mə'nəvi 
məşğələ adı ilə otuz gün (ilin ayrı-ayrı günlərində) yerinə yetirirlər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin