226
QIRX ALTINCI DƏRS
MƏSİHİLİK
MÜQƏDDİMƏ
Məsihilik həzrət İsa (ə)-ın ardıcıllarının dinidir. Həzrət İsa (ə) Peyğəmbəri-
Əkrəmdən (s) əvvəl ilahi şəriət sahibinə malik olan bir peyğəmbər kimi tanınıb.
İslam əqidələrinə əsasən, müsəlmanlar həm o həzrətə həm də sair peyğəmbərlərə
inanırlar. Allah-taala Qur'ani-kərimdə mö'minlərə xitab edərək buyurur:
«(Yəhudilər və xaçpərəstlər müsəlmanlara): «Doğru yolu tapmaq üçün
yəhudi, yaxud da xaçpərəst olun!» - deyirlər. (Ya Məhəmməd!) Sən de: «Biz
batildən haqqa tapınan (haqq yolda olan) İbrahim dinindəyik; çünki o Allaha
şərik qoşanlardan deyildi.»
Bütün ilahi peyğəmbərlərə iman gətirmək, onların asimani kitablarına e'tiqad
bəsləmək islam dininin tələbidir. Digər tərəfdən, peyğəmbərlərə küfr etmək də
azğınlığa səbəb olur. Qur'ani-Kərimdə belə buyurulur:
«Ey mö'minlər! Allaha və Peyğəmbərinə, Onun öz Peyğəmbərinə nazil etdiyi
kitaba (Qur'na) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha,
Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan
şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır.»
Bu bəyanla bütün müsəlmanlar ilahi peyğəmbərlərin hamısına iman gətirmişlər və
onların aralarında fərq qoymamağa vəzifəlidirlər. Belə ki, Qur'ani-Kərim buyurur:
Dostları ilə paylaş: