245
ÜÇÜNCÜ MEHVƏR
HƏZRƏT MƏSİHİN MÜHAKİMƏSİ
Məsihilər inanırlar ki, həzrət Məsih dara çəkildikdən və vəfat etdikdən sonra onu
qəbirdə dəfn etdilər, amma iki gündən sonra qəbirdən qalxıb dirildi və asimanlara
yüksəldi. Hal-hazırda Allahın sağ tərəfindədir.
Allah da bütün varlıq aləminin padşahlığını, qüdrətini və iqtidarını ona bağışladı:
« .................... Bu Allahın istifadə etdiyi məhz həmin əzəmətli qüdrətdir.
Həzrət
Məsihi öldürdükdən sonra diriltdi və Özünün sağ əlində səmavi məkanlarda
yerləşdirdi. Onu zikr olunması mümkün olan hər bir qüdrət, iqtidar, padşahlıq və
ümumiyyətlə bütün qüvvələrin fövqündə qərar verdi. Ona bu məqamları təkcə bu
dünyada deyil, o biri dünyada da əta etmişdir. Allah hər bir şeyi Məsihin ayaqları
altında qoymuş və onu bütün kilsələrin başında qoymuşdur; o kilsələr onun bədənidir
və onun vücudunun hər bir yerini əhatə edir. Bununla eyni zamanda bütün kainatı öz
hüzuru ilə doldurar. Allah tərəfindən hamının barəsində mühakimə yürütmək İsaya
həvalə edilmişdir: «Ata
heç kəsi mühakimə etmir, O, bütün mühakimələri oğula
tapşırmışdır».
SUALLAR
1. Məsihilərin əqidəsinə görə həzrət Məsih necə təcəlli tapmışdır?
2. Həzrət Məsih hansı iş üçün təcəlli etmişdir?
3. ”Çal si dun” e'tiqadnaməsinin möhtəvasından nə kimi nəticə alınır?
4. Məsihilərin əqidəsinə görə həzrət İsa (ə) nə üçün dara çəkildi?
5. Fəda əqidəsini necə aydınlaşdırmaq olar?
6. Həzrət Məsih me'rac etdikdən sonra hansı məqama nail oldu?