SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə185/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   181   182   183   184   185   186   187   188   ...   200
Dinlərlə tanışlıq

ƏLLİ ÜÇÜNCÜ DƏRS 
İNCİL 
İncil, yaxud Əhdi-cədid məsihilərin müqəddəs kitabıdır. Məsihilər Əhdi-ətiqi 
(Əhdi-qədimi) qəbul edib, asimanı kitab ünvanı ilə təsdiq etməkdən əlavə, Əhdi-
cədidə də öz müqəddəs kitabları kimi ehtiram qoyurlar. Onlar inanırlar ki, Allah 
insanla iki əhdi-peyman (əhd) bağlamışdır. Biri qədim əhd-peymandır ki, (Əhdi-
ətiq) İsa Məsihdən əvvəlki peyğəmbərlərin vasitəsi ilə insanlardan alınmış və onda 
bəşəriyyətin nicat yolu, şəriət və ona əməl etməyin necəliyi bəyan olunmuşdur. 
Digəri isə yeni əhdi-peymandır (Əhdi-cədid) ki, Allahın oğlu İsa Məsih vasitəsilə 
bağlanmışdır. Bu əhd-peymanlar nicat və qurtuluşdur ki, həzrət Məsihə məhəbbət 
bəsləmək yolu ilə hasil olur. Çünki, Məsih insan surətində təcəssüm etmiş və 
insanların günahlarının cəzalarının ən çətini olan dara çəkilməyi qəbul etməklə, 
bəşəriyyətə nicat vermişdir. Yeganə oğlunu insanlara qurbanlıq edən ata Allaha 
məhəbbət, insanların nicatı üçün ölüm ayağına qədər dara çəkilməyin üzücü əzab-
əziyyətlərinə dözən oğul Allahın məhəbbətinin əvəzində, oğul və ataya məhəbbət 
bəslənilməli və onların xatirinə başqaları ilə məhəbbətlə, nəvazişlə rəftar edilməlidir. 
Əhdi-cədid tə'limlərinin ruhu bu dində həmin əqidə əsaslarının izah, şərh və 
xatırladılmasıdır. 
Əhdi-cədid iyirmi yeddi kitab, məktub və risalədən ibarətdir ki, məsihilərin 
əqidəsinə görə, onların hamısı həzrət Məsihin üruc etməsindən sonra həvarilərin, 
yaxud onların şagirdlərinin tərəfindən yazılmışdır və onlardan heç biri İsa tərəfindən 
tənzim olunmamışdır. Onlar hətta inanırlar ki, «Bizim Allahımız olan İsa Məsih 
Allahın pak kəlməsidir və onda bütün hikmət və elm xəzinələri məxfi olmuşdur, 
onun bir kitab yazmağa və yadigar qoymağa heç bir lüzumu yox idi.» 
Məsihilər tə'kid edirlər ki, müqəddəs kitabın hamısı vəhy kəlamıdır. Onlar 
müqəddəs kitabı yalnız İsanın risalətinin bəyanı və tərcümeyi-halının şərh olunması, 
məsihi dininin əqidə əsasları kimi qələmə verir və onun ilahi bir dəyərə malik 
olduğunu deyirlər. Buna görə də İsanın tərcümeyi-halı, o həzrətin zamanında olan 
məsihilərin tarixi və həvariyyunun şərhi-halına məxsus olan hissə tarixi yönə 
malikdir; həzrət İsa Məsihin sözlərini nəql edən hissə isə o həzrətin hədisləri 
həddində dəyərləndirilə bilər. (Müsəlmanların peyğəmbərlərin hədisinə verdikləri 
dəyər kimi). Qur'ani-Kərim İncilin həzrət İsaya (təhrif olunmamış İncili, nəinki 
dördlük təşkil edən İncili) nazil olunmasını aşkar şəkildə buyurur, onun ayələrini 
ilahi vəhy hesab edir və onlarıAllah kəlamı adlandırır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin