255
«Mən həqiqətən Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də
peyğəmbər etdi».
Aydındır ki, vəhy vasitəsilə həzrət İsaya nazil olan İncil dördlük təşkil edən İncillə
eyni deyildir. Qeyd olunduğu kimi, məsihilərin öz e'tiraflarına əsasən, bu kitab İsa
tərəfindən yazılmamışdır və onu başqaları yazıb tənzim etmişdir.
* * *
Qeyd olunduğu kimi, Əhdi-cədid 27 kitab və risaləyə şamildir.
Tarixi
mə'lumatlardan aydın olur ki, ilk əsrlərdə məsihilər arasında geniş yayılmış
müqəddəs kitab və risalələr indikindən qat-qat artıq idi. Hətta onun sayını 160
nüsxəyə çatdırırlar. Amma Roma imperatorluğunun məsihiliyi qəbul etdiyi
dördüncü miladi əsrində 27 kitab və risalə onların müqəddəs kitabı adı ilə tanındı və
digərləri qeyri-mö'təbər hesab olundu. Ondan sonra məsihilər arasında
müqəddəs
kitab yalnız 27 ədəddir. Katolik məsihilərin yığıncağı 1046-cı miladi ilində bu
kitabın asimani kitab olması barədə düşünülən hər növ şəkk-şübhəni qadağan etmiş
və müxaliflərin e'tirazlarına da məhəl qoymamışdır. Bu kitabın 27
bölməsi
aşağıdakılardan ibarətdir:
1. Mətta İncili:
28 fəsldən təşkil olunmuş bu İncil həzrət İsanın həyatı, tarixi, peyğəmbərliyi,
tövsiyə və nəsihətlərindən ibarətdir. Orada Əhdi-ətiqin qabaqcadan söylədiyi bə'zi
xəbərlərə də işarə olunmuşdur. Bu İncili yazan Mətta, İsanın həvarilərindən biridir
və 79-cu miladi ilində vəfat etmişdir.
2. Marqos İncili:
Ən qısa İncil sayılan bu kitab 16 fəsildə yazılmışdır. Markos, həvarilərdən deyildir,
amma həvarilərin yanında şagirdlik edərək, həvarilərin həvariləri adı ilə tanınmışdı.
Bu İncil ehtimal üzrə miladın 65-70-ci illərində yazılmışdır;
bu kitab Markosdan
sonra yazılan Luka və Mətta İncillərinin əsasını təşkil edir.
3. Luka İncili:
Luka da Markos kimi həvarilərin həvarisi idi. Məşğuliyyəti və ixtisası təbib olan
və Yunanıstanda təbabətlə məşğul olan bu kişi Puls ilə tanış olub, bir müddət onunla
görüşmüşdür. Luka məsihi tə'limlərini Pulsdan əxz etmişdir. Onun İncilinin 24 fəsli
vardır. Bu İncil də İsa Məsihin tərcümeyi-halı və moizələrindən ibarətdir; Allahın
İsanın bədəninə hülul etməsi və onun Məryəmdən xariqul'adə
şəkildə
doğulmasından da danışır.
Dostları ilə paylaş: