256
başqa bəhslərdən danışılmır. Buna görə də əvvəlki üç İncil (Mətta, Marqos və Luka)
bir-birilə uyğun olan İncillər kimi tanınır və Yuhənna İncili
onlarla fərqli hesab
edilir.
5. Rəsulların əməlləri:
Bu kitabın Luka tərəfindən yazıldığını (üçüncü İncilin müəllifi) güman edirlər. Bu
kitab 28 fəsldə tənzim olunmuş və məsihiliyin əvvəlindəki təbliğatçıların (rəsulların)
sözlərini və tərcümeyi-halın əhatə edir; əsas e'tibarilə Puls, onun əməl və sözlərini
təqdim edib. Bu kitabın Pulsun məsihiliyə iman gətirmədiyi dövrdə yazılan ilk
səkkiz fəslində İsa Allahın bəndəsi və insan övladı kimi təqdim edilir. Amma
doqquzuncu fəsildən sonra Pulsun Məsihə iman gətirməsi izah edilir və bəyan olunur
ki, o, bu dini qəbul etdikdən sonra dərhal «kənisalarda İsa barəsində moizə edib onun
Allah olduğunu deyib»
6. Pulsun romalılara məktubu:
Roma camaatına yazılan və 16 fəsildə tənzim olunan bu məktub insanın necə
xilaskarlığa, qurtuluşa çatması barədə olan bəhsləri əhatə edir.
7. Pulsun Qorintiyana olan ilk məktubu:
Bu məktub 16 fəsildə tənzim olunaraq Qorintes şəhərinin kilsələrinə xitab edilir.
8. Pulsun Qorintiyana ikinci məktubu:
Puls 13 fəsildə tənzim olunun bu məktubda onun
risaləti barədə şəkk-şübhə
yaradanlar qarşısında özünü müdafiə edir.
9. Pulsun Ğəlatilərə məktubu.
Bu məktubu Puls 6 fəsildə tənzim edib Ğəlati bölgəsindən olan kilsəyə göndərmiş
və onda imanı ədalətin şərti bilmişdir.
Dostları ilə paylaş: