257
Bu məktub 3 fəsildə tənzim olunmuş və həzrət İsanın yenidən qayıdışı şərtləri
ətrafında bə'zi mətləbləri işıqlandırmışdır.
15.
Pulsun Timutalbusa birinci məktubu:
Timutalbus Pulsun şagirdlərindən biridir ki, onu Əfisus şəhərinin kilsələrinin
başçısı tə'yin etmişdir. Altı fəsildən ibarət olan bu
məktubda Puls Timutalbus və
onun şagirdlərinin vəzifələrini, eləcə də kilsə başçısının xüsusiyyətlərini bəyan
etmişdir.
16.
Pulsun Timutalbusa ikinci məktubu:
Dörd fəsildən ibarət olan bu məktubda Puls Timutalbusa başqa tövsiyələr və
sifarişlər etmişdir.
17.
Pulsun Teytəsə məktubu:
Üç fəsildən ibarət olan bu məktub kilsənin təbliğ işləri ilə əlaqədar Teytəsə olunan
sifarişləri və tövsiyələri əhatə edir. Puls Teytəsi Kərid şəhərində öz nümayəndəsi
tə'yin etmişdi.
18.
Pulsun Felimuna məktubu:
Bu Felimuna yazılan qısa bir məktubdur ki, onda qaçmış qulun - qaçdıqdan sonra
Pulsun əli ilə iman gətirən qulamın qəbul edilməsini istəyir.
19.
Pulsun İbranilərə məktubu:
Bu məktub 10 fəsildən ibarətdir və yəhudi irqindən olan məsihilərə xitab olunur
(İbranilərə). Bu məktubda Puls yeni dinin (məsihi dinin)
yəhudi dini ilə olan
əlaqəsini bəyan edən bəhsləri, məsihiyyətin üstünlüyünü bəyan etmişdir.
20.
Yə'qubun məktubu:
Bu məktub İsanın qardaşı və 44-cü miladi ilində Yerusəlim kilsəsinin rəhbərliyini
öhdəsinə alan Yə'qubun vasitəsi ilə 5 fəsildə və Bəni-İsrailin 12 tayfasına xitabən
yazılmışdır. Bu məktubda onlara bə'zi ictimai-əxlaqi vəzifələr də xatırladılır.
21.
Petrosun birinci məktubu:
Petros İsanın rəsulu və elçisi ünvanı ilə bu məktubu 5 fəsildə, o dövrdə yaşayan
bütün məsihilərə xitabən yazmış və onları Allahın seçdiyi qövm adlandıraraq, Allah
dini yolunda çəkdikləri zəhmətləri qiymətləndirərək onlara toxtaqlıq verir.
22.
Petrosun ikinci məktubu:
Petros bu məktubu 3 fəsildə tənzim etmişdir. Bu məktub bütün məsihilərə
müraciətdir və onda yalançı müəllimlər və peyğəmbərlərlə əlaqədar xəbərdarlıq
edilir və eləcə də onda İsanın qayıdacağı müjdəsi verilir.
23.
Yuhənnanın birinci məktubu:
Bu məktub 5 fəsildən ibarətdir və bütün məsihilərə xitabən yazılmışdır. Onda bə'zi
yanlış inanclar xatırladılır.
24.
Yuhənnanın ikinci məktubu:
Bu məktub 1 fəsildən ibarətdir və bir məsihi qadına xitabən yazılmış, onda
məhəbbətin həqiqəti izah edilmişdir.
25.
Yuhənnanın üçüncü məktubu:
258
Bu məktub da 1 fəsildən ibarətdir və kilsənin idarə olunmasında
müəyyən
problemlərlə qarşılaşan kilsə başçılarından birinə xitabən yazılmışdır.
26.
Yəhudanın məktubu:
Bu məktub İsanın Yəhuda adlı digər bir qardaşının vasitəsi ilə 1 fəsildə yazılmış
və orada camaat onun vasitəsilə imana də'vət olunmuşdur.
27. Yuhənnanın kəramətləri:
Bu kitab Yuhənnanın dilindən gələcəkdə baş verəcək xəbərlərə şamildir və 22
fəsildən ibarətdir.
* * *
Qeyd olunanlar məsihilərin nəzərində mö'təbər sayılan kitablar, mətnlər və
müqəddəs risalələrdən ibarətdir. Bunlar məsihi dininin araşdırılmasında istifadə
oluna bilər. Lakin məsihi aləminin bir çox kitab və risalələri də vardır ki, onlardan
bəziləri həvarilərin və rəsulların həyatı ilə əlaqədar olan əməllər kitabı, bir qurupu
Bornabaya mənsub
edilən risalələr və Petros, Əbinunilər, Misirlilər və s. adlarla
məşhur olan bir neçə İncildən ibarətdir; bunlar miladın
beşinci əsrində kilsə
tərəfindən qadağan edilmiş qeyri-mö'təbər kitablar kimi təqdim edilir. Bu müqəddəs
mətnlərin ən məşhuru və mühümü Bornaba İncilidir.
Özü həvarilərdən olan Bornabanın beş İncili var idi və bu İncil beşinci əsrdən
əvvəllərə qədər istifadə olunurdu.
17-ci əsrdə İtaliyada bu İncilin bir nüsxəsi italyan dilində kəşf olunub və onun
ingiliscə tərcüməsi 1907-ci ildə ingilis ər-arvad tərəfindən və ərəbcə tərcüməsi isə
1908-ci ildə misirli bir məsihi tərəfindən Qahirədə çap olunmuşdur.
Bu İncilin əqidəvi tə'limləri İslamın əsaslarına çox yaxındır və bir çox hallarda
aşkar şəkildə İslam Peyğəmbəri (s) müjdə verilmişdir. Hətta bir neçə dəfə İslamın
tövhid və nübüvvət barəsində yə'ni, «La ilahə illəllah və Mühəmmədən Rəsuləllah»
kəlmələri onda qeyd olunmuşdur.
Bornabanın əsil İncil olmasını isbat etmək çox çətindir. Bundan əlavə,
məsihi
rahiblərinin və alimlərinin nəzərində mö'təbər sayılmadığından, məsihiliyin
araşdırılmasında ona istinad oluna bilməz.
Dostları ilə paylaş: