SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə192/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   188   189   190   191   192   193   194   195   ...   200
Dinlərlə tanışlıq

ORTODOKS (ORTHODOX) 
Şərq kilsələrinin məsihiləri qərb kilsələrinin müqabilində özlərini ortodoks 
adlandırırlar. Bu ifada düzgün və xalis əqidə mə'nasını daşıyır. Ortodoks kəlməsi 
düzgün və səhih mə'nasında olan «orthos» və əqidə mə'nasına olan «doxa» 
kəlmələrindən əmələ gəlmişdir. 
Ortodoks və katolik məzhəbləri arasında əsas ixtilaflardan biri Ruhul-qudus ilə 
əlaqədar olan məsələdir. Ortodokslar Ruhul-qudusun tam mə'nada ata Allahdan 
əmələ gəldiyini deyirlər. Halbuki katoliklərin inancına görə, Ruhul-qudus oğul 
Allahdan da yarana bilər. Bu ixtilaf daha böyük bir ixtilafın yaranmasına səbəb 
olmuşdur ki, bu da ata Allah barəsində yaranan nəzərlə əlaqədardır; bu iki firqə 
arasında vücuda gəlmişdir, ortodokslar müqəddəs atanı müqəddəs oğuldan üstün 
hesab edərək, onu bütün işlərin mənşəyi hesab edirlər. Katoliklər isə müqəddəs ata 
ilə müqəddəs oğulun bərabərliyinə tə'kid edirlər. Buna əsasən müqəddəs üçlük yaxud 
üç üqnum barəsində olan bəhs, eləcə də bu üçünün bir-birilə necə əlaqədə olması 
(ata, oğul və Ruhul-qudus) bu iki məzhəb arasında digər əsaslı bir ixtilafın 
yaranmasına səbəb olmuşdur. Demək olar ki, müqəddəs atanın yerdə qalan iki 
üqnumdan üstün olmasını təfsir edən ortodoks əqidəsi tövhidə, üç üqnumun bir-
birilə bərabər olmasına tə'kid edən katoliklərdən daha yaxındır; bunlar üçlüklə yanaşı 
vəhdətə də inanırlar. 
Bu iki məzhəb arasında yaranan mühüm ixtilaflardan biri də kilsə və kilsə 
məqamlarının günahsızlığı barəsində idi. Katoliklər papanın və kilsənin ruhani 
məqamlarının ismətinə, günahsızlığına e'tiqad bəslədikləri və onları xətadan uzaq 
bildikləri halda, ortodokslar papa və kilsə məqamlarının günahsız olduğunu rədd 
etməklə yanaşı, həqiqətdə məsihi mö'minlərinin ümumi məcmuəsində külli halda 
kilsənin günahsızlığına inanmır və kilsəni xətadan uzaq hesab etmirlər. 
Dini qayda-qanunlar və onların necə təşkil olunması barədə bu iki məzhəb arasında 
fərqlər, ixtilaflar gözə dəyir. O cümlədən, ortodoks kilsələri ibadət mərasimlərinin 
yerli dillərdə icra olunmasını caiz bilir, halbuki katolik kilsələri onun yalnız latın 
dilində olmasını israr edirlər. Ortodokslar keşişlərin evlənməsini caiz bilirlər
halbuki katoliklər bunu qadağan edib inanırlar ki, keşiş ruhani ata adı ilə dünyəvi 
işlərə meyl etməkdən uzaq qalmalı və özünü kilsəyə vəqf etməlidir. 
Kilsə məqamlarının mərtəbələri ortodoksların nəzərində aşağıdakılardır: 
Oskof (yepiskop) yaxud patriyark (xəlifə), keşiş, şəmmas (kilsə xadimi). Amma 
katolik kilsələrində yeddi rütbə mövcuddur: Ali rütbədən ibarət olan üç mərhələdə 
keşiş, şəmmas və şəmmasın müavini, aşağı dörd mərtəbədə isə qapıçı, qari, kilsə 
xadimi, şər və çirkin ruhların qovulmasını öhdəsinə alan şəxs. 
Hal-hazırda Şərqi Avropanın ortodoks kilsələrinin əksəriyyəti Balkan hövzəsində 
və Rusiyada yerləşir, Qərbi Avropa isə katolik və protestan kilsələri arasında 
bölünmüşdür. 


266 
SUALLAR 
1. Məsihi dünyasında müxtlif məzhəblərin yaranmasının amilləri nədir? 
2. Qibti məsihiləri kimlər idi? 
3. 11-ci əsrdə məsihi dünyasında hansı ixtilaflar büruzə gəldi? 
4. Dini islahat hərəkatı necə yarandı? 
5. Ortodoks nə deməkdir? 
6. Ortodoks məzhəbinin ən mühüm əqidələri hansılardır?


267 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin