277
ildən e'tibarən Yəhüvəhin (Yeqovanın) şahidləri adı ilə tanınmışdır. Rassel həzrət
İsanın zühurunun çox yaxın vaxtlarda olacağına inanırdı.
Müqəddəs kitabın sözlərinə çox tə'kid edən Yəhüvəh şahidləri müqəddəs kitabın
ilham və vəhy əsasında olan gələcək xəbərlərini və sair
mətləblərə xüsusi diqqət
yetirir, dünyanın axırında yaxşı və pis qüvvələr arasında baş verəcək son
mübarizənin çox yaxın olduğuna göz dikmişlər. Həzrət Məsihin tərəfdarları ilə bu
firqənin e'tiqadına görə bütün dünyanın nəzarətini
öz əllərinə keçirən şeytani
qüvvələr arasında son müharibə baş verəcəkdir. Həzrət İsanın qələbəsi bir növ dini
hökuməti dünyaya hakim edəcəkdir ki, şəxsən həzrət Məsih bu hökumətin hakimi
olacaqdır. Bu firqənin ardıcılları inanırlar ki, həzrət Məsihin yenidən zühur etdiyi
vaxta qədər insanın nicat tapıb qurtuluşa nail olması elm və mə'rifət yolu ilə əldə
olunur və həqiqət müqəddəs kitabda və dini ədəbiyyatlarda gəlmişdir. Həmçinin bu
firqənin nəzərində həzrət İsanın yenidən zühuruna
qədər kilsə hökumətləri və
ticarətin nəzarəti şeytanın əli ilə olacaqdır.
MUNİZM
İttihad kilsəsi adlanan bu firqə Songmyung tərəfindən yaradılmışdır. O, 1926-cı
ildə iddia etmişdir ki, mükaşifə aləmində həzrət İsa
ilə görüşmüşdür; həzrət ona
göstəriş vermişdir ki, o, sona çatmamış işi təkmilləşdirmək və dünyanı xilas etmək
üçün seçilmişdir. Songmyung bu mükaşifədə anlamışdı ki, həzrət İsa
Məsih
insanların xilası üçün öhdəsinə aldığı vəzifəni təkmilləşdirmədən öncə dara
çəkilmişdir. Buna görə də iyirminci əsrdə başqa
bir Məsih Koreyadan zühur
edəcəkdir. O, bu məqsədlə 1944-cü ildə bir neçə nəfəri öz ətrafına toplayıb, özünə
vəhy olunduğunu iddia etdiyi şeyləri onlara öyrətdi.
Monun əqidə və tə'limləri onun yazdığı «İlahi əsas» kitabında şərh olunmuşdur.
Onun ardıcıllarının inancına görə, bu kitab müqəddəs kitabın mətləblərindəki sirləri
bəyan edir. Bu kitabda Allahın, bəşəriyyətin bünövrəsini yenidən qurub tə'mir etmək
planı izah olunur.
SUAL VƏ TAPŞIRIQLAR
1. Yəsui firqəsi necə bir təşkilata malik idi?
2. Yəsui firqəsinin ruhani qaydaları necədir?
3. Yəhuvəh şahidlərinin nəzərində həzrət İsanın yenidən zühur etməsindən qabaq
mö'minlərin vəzifəsi nədir?
4. Yəhuvəh şahidləri dünyanın axırı haqda necə fikirləşirlər?
5. Munizm firqəsinin e'tiqadları hansılardır?
Mormunların əqidəsini bəyan edin.