3. Karma;
4. Tənasüx;
5. Mukşa (nicat yolu).
1. BRAHMANA E'TİQAD:
Brahman, yaxud brahma veda ayini baxımından varlıq aləminin özü, həqiqəti, zatı,
başlanğıcı və sonudur. O, əbədi və həmişəlikdir, hər yerdə vardır, onun vücudunda
səma və yer, maddi və ya qeyri-maddi olmasından asılı olmayaraq dünyanın bütün
varlıqları əhatə olunmuşdur.
Upanişadda brahman belə təqdim olunur:
“ - Odur fənaya uğramayan əbədi
allah! Elmli, hər yerdə olan və dünyanın gözətçisi! Odur varlıq aləminin hökm
verəni!”
Başqa bir yerdə isə belə deyilir:
“ - O vahid və sonu olmayan fərd aləmi yuxudan
oyatdı.” “ - Əslində dünyanın əvvəlində brahman idi. Onun dörd tərəfdən heç
birində ucu-bucağı yoxdur; ruhu sonsuz bir zatdır ki, doğulmamışdır və ağlın gücü
ilə dərk oluna bilməz. O, göyün, kainatın ruhu idi və dünya fənaya uğradığı vaxtda
yalnız o qalacaqdır. O, aləmi sonsuz göylərdə oyatdı və o sıx yığılmış xəyal
Dostları ilə paylaş: